"Dünya artıq gül bağçası deyil, ən çətin dövrü yaşayırıq" – Ankara etiraf etdi

© © Presidential Press Service via AP, PoolTürkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu
Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu - Sputnik Azərbaycan
Abunə olmaq
Qarşıdakı bir neçə il olduqca önəmlidir

BAKI, 5 avqust — Sputnik. "Türk diplomatiyası dünyada bir brenddir. Bu gün artıq dünya bir gül bağçası deyil".

Sputnik Azərbaycan "Milliyet"ə istinadən xəbər verir ki, bunu bu gün Ankarada keçirilən 11-ci səfirlər konfransında çıxışı zamanı Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib.

Государственный департамент США - Sputnik Azərbaycan
ABŞ Türkiyənin planlarından narahatdır

"Bu gün 31 səfirimiz aclıq və quraqlıq bölgəsində xidmət aparır. Suriyada sülh ümidini ayaqda tutan Astana görüşmələri Türkiyə diplomatiyasının masada effektivliyinin gözəl bir nümunəsidir. Biz, həmçinin islamofobiyanın insanlıq əleyhinə cinayət olduğunu qəbul etdirdik. Güclü iqtisadiyyat - güclü xarici siyasət deməkdir. FETÖ-çüləri aramızdan təmizlədikdən sonra daha da gücləndik. Səfirlərimiz hər sahədə milli maraqların xidmətindədirlər. Cümhuriyyət dövrünün ən çətin dönəmlərindən birindəyik. Qarşıdakı bir neçə il olduqca önəmlidir. NATO və Avropa Şurası üzvüyük", - deyə Çavuşoğlu qeyd edib.

O, eyni zamanda vurğulayıb ki, nəyin bahasına olursa-olsun, Türkiyə Fələstini dəstəkləməyə davam edəcək.

Xəbər lenti
0