CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qeydiyyatsız evlərə də kompensasiya verilməlidir

© Sputnik / Irade JELILBabək prospekti, Turşu küçəsi, 2210-cu məhəllə, 32A ünvanında söküntü işləri
Babək prospekti, Turşu küçəsi, 2210-cu məhəllə, 32A ünvanında söküntü işləri - Sputnik Azərbaycan
Abunə olmaq
450 mindən artıq evin aqibəti necə olacaq?

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 5 avqust — Sputnik. "Son günlər ən çox müzakirə edilən məsələlərdən biri də "riskli ərazi" hesab edilən torpaqlarda inşa olunan qeydiyyatsız evlərə kompensasiyanın verilib-verilməməsidir. İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) hazırladığı təkliflər paketindən belə evlərə kompensasiyanın ödənilməsi təklif olunur. Aydındır ki, Bakı və ətraf ərazilərdə yerli icra hakimiyyəti orqanlarının və eləcə də bələdiyyənin xəbəri olmadan nəinki ev tikmək, hətta evin bünövrəsini belə tökmək mümkün deyildi. Bu "xəbərdarlıq" üçün ev sahibləri əlavə ödəniş etmək məcburiyyətində qalırdılar".

Vulkana yaxın ərazidə tikilmiş fərdi yaşayış evləri - Sputnik Azərbaycan
CƏMİYYƏT
Hansı evlərə "kupça" veriləcək - Xoşbəxtlərin siyahısı hazırlanıb

Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında iqtisadçı-alim Vüqar Bayramov deyib. O bildirib ki, belə ərazilərdə evlərin inşasına yerli icra hakimiyyəti orqanları və bələdiyyələr əksər hallarda müəyyən ödəniş müqabilində "göz yumublarsa", həmin ev sahiblərinə kompensasiya ödənilməlidir: "Bu baxımdan, beyin mərkəzi olaraq belə evlərin köçürülməsi baş verərsə, kompensasiyanın ödənilməsini vacib hesab edirik və bu köçürmələr də həmin evlərin inşasına imkan yaradan yerli icra hakimiyyəti orqanlarının daxili mənbələri hesabına həyata keçirilə bilər. Bununla da dövlət büdcəsinə ağırlıq yaratmadan qeydiyyatsız ev sahiblərinə kompensasiyanın ödənilməsi təmin oluna bilər". 

Prezidentin qərarı yerinə yetirilir: Bəzi rayonlarda səyyar "kupça" veriləcək>>

"Qeyd edək ki, bizim təkliflərimiz "Əmlak Amnistiyası"nı nəzərdə tutur. O baxımdan, yaxın zamanda sənədsiz əmlaka amnistiya verilməsi məqsədəuyğun olardı. İlkin monitorinqlər göstərir ki, Bakı və ətrafdakı ərazilərdə sənədsiz həyət evlərinin sayı 450 mindir. Onların 70 minə yaxını inşasına icazə verilməyən və ya nisbətən riskli hesab edilən ərazilərdədir. Bunlar yüksək gərginlikli elektrik, mavi qaz, yaxud su xətlərinin və eləcə də nəqliyyat qovşaqlarının yaxınlığında olan evlərdir. Təklif edirik ki, əgər elektrik, ya da su xəttinin istiqamətini dəyişmək mümkünsə, o zaman evə toxunulmasın. Bununla da həmin ərazi təhlükəli zona anlayışından çıxarılsın. Amma su, qaz xəttinin üstündə tikilən evlərə real təhlükə varsa, ev sahiblərinə kompensasiya ödənilməklə evlərin köçürülməsi təmin edilsin", - deyə alim əlavə edib.

O, inkişaf etməkdə olan ölkələrdə, o cümlədən qonşu Türkiyə və Rusiyada tətbiq edilən praktikadan istifadə olunduğunu vurğulayıb: "Burada söhbət dövlət tərəfindən müəyyənləşdirilmiş kiçik tariflərə uyğun olaraq məsələnin həllindən gedir. 

Строящийся жилой комплекс в Хатаинском районе Баку, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Özbaşınalığa son: Artıq yeni mənzil və fərdi evlərin sahibləri "kupça" ala biləcəklər
Çünki həmin evlərin böyük bir qisminin icra hakimiyyətlərindən, yaxud bələdiyyələrdən sənədləri var. Mənzil sahiblərinin günahı deyil ki, bələdiyyə onlara sənəd verib, onlar da həmin sənədlə evlərini özəlləşdirə bilmirlər. Əgər bu cür sənədlərlə evi özəlləşdirmək mümkün deyilsə, həmin sənədlər verilməməli idi. Xüsusən də ev sahiblərinin həmin sənədləri müəyyən xərc bahasına aldıqları da nəzərə alınmalıdır. Bizim mexanizm ondan ibarətdir ki, evlərin rəsmiləşdirilməsi üçün çox simvolik məbləğ müəyyənləşdirilməli və məbləğ ev sahibi üçün hər hansı bir ağırlıq yaratmamalıdır. Məbləğ ödənildikdən sonra evlərin qeydə alınması və "kupça" ilə təmin olunması prosesi başlanmalıdır".

Xəbər lenti
0