BAKI, 5 avqust — Sputnik. “Hazırda Şimal bölgəsində (Yalama, Xaçmaz, Xudat) güclü külək başlayıb və baş verə biləcək kəsinti və qəza hallarının qarşısını almaq üçün “Azərişıq” ASC qabaqlayıcı tədbirlər görür”.
Bunu Sputnik Azərbaycan-a qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.
T.Mustafayevin sözlərinə görə, “Azərişığ”ın Şimal Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) baş verə biləcək qəzaların qarşısını almağa hazırdır: “Hazırda əməkdaşlarımız və texnikamız hazır vəziyyətdədir. Əməkdaşlarımız bütün əlavə mal-materiallarla təchiz olunublar. Baş verə biləcək hər-hansı kəsinti, yaxud qəzanın fəsadlarını aradan qaldırmağa çalışacağıq”.