BAKI, 5 avqust — Sputnik. "Hazırda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar yollarda təhlükəsizlik tədbirləri görülür".
Bakı Nəqliyyat Agentliyindən Sputnik Azərbaycan-a bildirilib ki, bu çərçivədə Heydər Əliyev prospekti - Hava limanı və Zığ dairəsi - Hava limanı avtomagistrallarında bütün hərəkət zolaqları üzrə sürət həddi 20 km/saat endirilib. Məlumat lövhələrinə güclü küləklə bağlı xəbərdaredici məlumat yazılıb.