BAKI, 5 avqust — Sputnik. Ukrayna prezidenti Vladimir Zelenski 7-8 avqust tarixlərində Türkiyəyə səfər edəcək.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat Ukrayna prezidentinin ofisinin "Facebook" səhifəsində yerləşdirilib.
Məlumata əsasən, Zelenski Ankarada ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanla, İstanbulda isə Konstantinopol Patriarxı I Varfolomeylə görüşəcək.
Səfər zamanı Zelenskinin, həmçinin Ukrayna və Krım-tatar icmasının nümayəndələri ilə də görüşü planlaşdırılıb.