Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakı-Şamaxı yolunda yük və minik avtomobilləri toqquşub, yaralılar var

© Sputnik / Irade JELILTəcili tibbi yardım
Təcili tibbi yardım - Sputnik Azərbaycan
Abunə olmaq
Zərbə o qədər güclü olub ki, yük avtomobili aşıb

BAKI, 4 avqust - Sputnik. Şamaxıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın xəbərinə əsasən, hadisə bu gün saat 17:30 radələrində Bakı-Şamaxı yolunun Acıdərə adlanan ərazisində qeydə alınıb.

"SHACMAN" markalı yük və "Dodge" markalı minik avtomobilinin toqquşması nəticəsində iki nəfər ağır xəsarət alıb. Zərbənin təsirindən yük avtomobili aşıb.  Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0