XİN ABŞ-dakı silahlı insidentlərlə bağlı başsağlığı verib

© Sputnik / Murad OrujovЗдание Министерства иностранных дел Азербайджанской Республики в Баку
Здание Министерства иностранных дел Азербайджанской Республики в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ-ın Deyton və El Paso şəhərlərində baş vermiş iki atışmada 29 nəfər həlak olub

BAKI, 4 avqust - Sputnik. Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ın Texas və Ohayo ştatlarında çoxsaylı insan ölümü ilə nəticələnən silahlı insidentlərlə bağlı yerli hökumətə başsağlığı verib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat XİN-in "Twitter" mikrobloquna yerləşdirilib.

"Biz Texasın El-Paso və Ohayonun Deyton şəhərlərində baş vermiş silahlı insidentlər zamanı çox sayda günahsız insanın ölümünə və onlarla insanın yaralanmasına dair dəhşətli xəbərlərdən dərin kədər hissi keçiririk. Ölənlərin ailələrinə başsağlığı verir və yaralıların tezliklə sağalmasını diləyirik", - deyə məlumatda bildirilir.

Xatırladaq ki, ABŞ-ın Deyton və El Paso şəhərlərində baş vermiş iki atışmada 29 nəfər həlak olub. 

Xəbər lenti
0