BAKI, 4 avqust - Sputnik. Bir sıra ölkələrdə "Instagram" sosial şəbəkəsinin fəaliyyətində problem yaranıb.
Sputnik Azərbaycan-ın "Downdetector"a istinadən verdiyi məlumata görə, sosial şəbəkədəki problemlərdən daha çox ABŞ, Braziliya, Belçika, Niderland və Fransa sakinləri şikayətlənirlər. Nasazlıqlara həmçinin Almaniya, Meksika, Polşa, Böyük Britaniya, Serbiya, Çili, Yaponiya və Malayziyada rast gəlinib.
İstifadəçilərin 41 faizi xəbər lentinə baxmaqda, 32 faizi postların yerləşdirilməsində çətinliklə üzləşdiyini bildirir, 23 faizi isə digər problemlərdən şikayətlənirlər.