Ərdoğan yeni hərbi əməliyyatın anonsunu verib

© AFP 2024 / ELVIS BARUKCICTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ərdoğan: "Suriyada Fərat çayının şərqində əməliyyat aparacağıq, ABŞ və Rusiyanı məlumatlandırdıq"

BAKI, 4 avqust - Sputnik. Türkiyə Şimali Suriyada PKK terror təşkilatının Suriya qolu sayılan PYD/YPG-yə qarşı hərbi əməliyyata başlayacaq.

APA-nın verdiyi məlumata görə, bunu bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

R. T. Ərdoğan Türkiyənin hərbi əməliyyata başlayacağı barədə ABŞ və Rusiyanı məlumatlandırdıqlarını bildirib: "Biz Suriyada Afrini, Gerablusu azad etdik, indi də Fərat çayının şərqində əməliyyat aparacağıq. Biz bu barədə ABŞ və Rusiyanı məlumatlandırdıq. Biz ölkəmizə hücumları sadəcə, müşayiət edə bilmərik".

Xəbər lenti
0