BAKI, 4 avqust - Sputnik. "Sədərək" Ticarət Mərkəzində baş verən yanğın zamanı hadisə yerinə 15 Təcili Yardım briqadası cəlb olunub.
Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) 7 əməkdaşı tüstüdən zəhərlənmə ilə Kliniki Tibbi Mərkəzin Taksikologiya şöbəsinə yerləşdirilib.