Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Ekspert kriptovalyutanın maliyyə sisteminə təsirlərini şərh edir

© Photo : UNECMüslüm İbrahimov
Müslüm İbrahimov - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti, iqtisad elmləri doktoru Müslüm İbrahimov deyir ki, kriptovalyuta ilə həyata keçirilən əməliyyatlar daha səmərəlidir
Müslüm İbrahimov: “Kripto valyutanın vergiyə cəlbi üçün hüquqi baza hazırlanmalıdır”

ABŞ-ın vergi orqanları kriptovalyuta sahiblərinə kütləvi qaydada məktublar göndərərək onlardan öz gəlirləri haqqında hesabat vermələrini və virtual valyuta ilə etdikləri tranzaksiyalar üçün arayış təqdim etmələrini tələb ediblər. "Wall Street Journal" nəşrinin məlumatına əsasən, göstərilən məlumatları verməkdən imtina edənləri ciddi maliyyə sanksiyaları gözləyir.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti, iqtisad elmləri doktoru Müslüm İbrahimov Sputnik Azərbaycan-a deyir ki, hər kəs kriptovalyuta ilə əməliyyat apara bilər: “Hazırda Azərbaycnada kriptovalyuta ilə aparılan əməliyyatlar mərkəzləşmiş şəkildə həyata keçirilmir. Digər ölkələrdə bu məsələlər müzkirə olunur. Çünki kriptovalyuta maliyyə sistemində dəyişikliklərə səbəb olur. Onun vergiyə cəlb olunması üçün isə hüquqi bazası hazırlanmalıdır. Hazırda bir çox ölkələrdə kriptovalyutanın hüquqi tərəflərinin necə tənzimlənməsi sual altındadır. Bu gün kriptovalyuta ilə həyata keçirilən əməliyyatlar daha səmərəlidir”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0