BAKI, 3 avqust — Sputnik. Bakının Türkan qəsəbəsi ərazisində suda boğulma hadisəsi baş verib.
Sputnik Azərbaycan-ın məlumatına görə, hadisə ilə bağlı Təcili Tibbi Yardım Xidmətinə saat 15:26-da çağırış daxil olub. Məlumatda iki nəfərin suda boğulması bildirilib. Həkimlər hadisə yerinə gəldikdə suda boğulanların 5 yaşlı oğlan və 30 yaşlı qadın olması müəyyən olub.
Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, qadın dünyasını dəyişib, uşağı həkimlərin səyi nəticəsində həyata qaytarmaq mümkün olub. Ağır vəziyyətdə olan uşaq 26 saylı Birləşmiş Şəhər Xəstəxanasına çatdırılıb.
Təcili yardımdan verilən məlumata görə, lazımi yardımdan sonra uşağın 3 saylı Şəhər Xəstəxanasıma keçirilməsi planlaşdırılır.