CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bir neçə məhkumu Səhiyyə Nazirliyinin tibb müəssisələrinə göndərirlər

© Sputnik/ Tabıldı KadırbekovQırğızıstanda xəstəxana
Qırğızıstanda xəstəxana - Sputnik Azərbaycan
Abunə olmaq
27 nəfərin isə məcburi müalicəsinin tamamlamaq mümkün olmadığına görə Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən İxtisaslaşdırılmış tibb müəsissələrində davam etdirilməsi barədə müvafiq tibbi rəylər verilib

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 3 avqust — Sputnik. Azərbaycanda cəzaçəkmə müəssisələrində narkomaniyaya qarşı müalicə olunan məhkumların sayı məlum olub.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2018-ci ilə dair hesabatında qeyd olunub. Hesabatda bildirilir ki, Әdliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində hüquq-mühafizə orqanları tərəfindən qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının mənbəyinin və nümunələrarası əlaqələrinin müəyyən edilməsi və s. barədə 4135 ekspertiza aparılıbdır. Onların 1371 bitki, 2764 kimyəvi mənşəli narkotik vasitələr olub.

Колючая проволока на ограждении следственного изолятора, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Hüquqşünas xəstə məhkumlarla bağlı maraqlı təkliflə çıxış edib

2018-ci il ərzində penitensiar müəssisələrdə saxlanılan, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə görə məhkum olunan şəxslərin sayı 5151, məhkəmələr tərəfindən narkomaniyadan məcburi müalicə təyin edilən məhkumların sayı isə 2723 nəfər təşkil edib. Həmçinin, Nazirliyin Tibb Baş İdarəsi tərəfindən narkomaniyaya görə məcburi müalicə müəssisələrində Həkim-Məsləhət Komissiyası 130 səyyar iclas keçirərək 1397 məhkumdan 1313-nə məcburi müalicənin davam etdirilməsinə rəy verilib.

Eyni zamanda komissiya 4-ü ağır xəstə, 44-ü əlil, 9-u 60 yaşdan yuxarı olduğu üçün məcburi müalicənin tətbiq edilə bilinməməsi barədə, 27 nəfərin isə məcburi müalicəsinin tamamlamaq mümkün olmadığına görə Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən İxtisaslaşdırılmış tibb müəsissələrində davam etdirilməsi barədə müvafiq tibbi rəylər verib.

Xəbər lenti
0