CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Marixuana "rəqib"lərini üstələdi

© AFP 2024 / GUILLERMO ARIASMarixuana kolları, arxiv şəkli
Marixuana kolları, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Müsadirə olunan narkotik vasitələrin 3 ton 741 kiloqram 852,2 qramını marixuana təşkil edib

BAKI, 3 avqust — Sputnik. Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən 2013-2018-ci illər ərzində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 9 ton 536 kiloqram 861 qram müxtəlif növ narkotik vasitələr, o cümlədən 14 min 819 çətənə kolu qanunsuz dövriyyədən çıxarılıb.

Facebook sosial şəbəkəsi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Sosial şəbəkələrdə narkomaniyaya qarşı daha bir tədbir

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun hazırladığı "Azərbaycan Respublikasında narkotiklərə nəzarət sahəsində 2018-ci ilə dair ölkə məruzəsi"ndə qeyd olunub. Son altı ildə müsadirə olunan narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların 3 ton 741 kiloqram 852,2 qramını marixuana (39,2 faiz), 1 ton 577 kiloqram 292,7 qramını tiryək (16,5 faiz), 3 ton 80 kiloqram 63,7 qramını heroin (32,2 faiz), 724 kiloqram 322,3 qramını həşiş (7,5 faiz), 413 kiloqram 146,4 qramını (4,3 faiz) digərləri təşkil edib. Belə ki, 275,8 qram kokain, 61 min 838 çətənə kolu və 32 min 412 həb də aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Xəbər lenti
0