CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Baş nazirdən qalmaqallı bina ilə bağlı mühüm - QƏRAR

© Sputnik / Irade JELILBakıdakı "Molokan dua evi"
Bakıdakı Molokan dua evi - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda binada “Salaam Cinema Baku” kinoteatrı fəaliyyət göstərir

BAKI, 3 avqust — Sputnik. “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2001-ci il 2 avqust qərarında dəyişikliklər edilib.

Yasamal rayonu, Mirzə Ağa Əliyev küçəsi 150 ünvanında yerləşən bina - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakıda tarixi bina qəza vəziyyətindədir – Sakinlər köçürülür

Sputnik Azərbaycan-ın məlumatına görə, baş nazirin təsdiq etdiyi dəyişikliklərə əsasən, “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”nın “Memarlıq abidələri” bölməsinə aşağıdakı məzmunda 3166-1-ci və 3166-2-ci bəndlər əlavə edilib:

“3166-1. İbadət evi, S.Rüstəm küçəsi, 10, 1913-cü il;

3166-2. Məscid, R.Rza küçəsi (34) ilə H.Aslanov küçəsinin (85) kəsişməsi”.

Mədəniyyət Nazirliyi aidiyyəti qurumlarla birlikdə bu qərardan irəli gələn məsələləri həll edəcək.  Qeyd edək ki, Süleyman Rüstəm küçəsi, 10 ünvanında  yerləşən ibadət evi “Malakanların evi” kimi də tanınır. Hazırda binada “Salaam Cinema Baku” kinoteatrı fəaliyyət göstərir.

Təkrarı olmayan tarixi abidə məhv edilir – Sakinlər qədim abidəni “zibil qutusuna”çevirib>>

Xatırladaq ki, bir müddət əvvəl sözügedən bina ilə bağlı qalmaqal yaşanmışdı. “Salaam Cinema”nın əməkdaşları icarəyə götürdükləri binadan çıxmağı rədd edərək iddia etmişdilər ki, bina tarixi binadır, onlar çıxacaqları təqdirdə binanın sahibi oranı sökəcək. Binanın sahibinin səlahiyyətli nümayəndəsi Bəhruz Əhmədov isə öz növbəsində qeyd etmişdi ki, binanı qanunsuz zəbt edən “Salaam Cinema Baku” əməkdaşları çıxmaq istəmədikləri üçün müvafiq sənədləri toplayaraq məhkəməyə müraciət edib.

Xəbər lenti
0