CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Polis rəisinin qardaşı oğlunun öldüyü dəhşətli qəzanın görüntüsü yayılıb - Video

© Sputnik / Rashad KeremogluYol Patrul xidmətinin maşını, arxiv şəkli
Yol Patrul xidmətinin maşını, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İki minik maşını avtobusla toqquşub, bir nəfər ölüb

BAKI, 3 avgust — Sputnik. Bakıda DYP-nin bölmə rəisinin qardaşı oğlunun öldüyü yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, avqustun 2-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsində ölümlə nəticələnən zəncirvari qəza olub. İki minik maşını avtobusla toqquşub. Minik avtomobillərindən birinin sürücüsü, 26 yaşlı Əli Əmən oğlu Abbasov dünyasını dəyişib. Ə.Abbasov Xəzər rayon Dövlət Yol Polisi (DYP) bölməsinin rəisi, polis polkovnik-leytenantı Sadiq Abbasovun qardaşı oğludur.

Qəzada avtobusda olan iki nəfər yaralanıb, Onlara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Xəbər lenti
0