BAKI, 3 avqust — Sputnik. Bakının Xətai rayonunda intihar hadisəsi olub.
Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə metronun "Xətai" stansiyası yaxınlığında, Ayaz İsmayılov küçəsində qeydə alınıb.
Əliyeva Tamara Vaqif qızı özünü 16 mərtəbəli yaşayış binasının 6-cı mərtəbəsindən atıb. O, ağır xəsarətlər alıb və ətrafdakıların köməkliyi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.
Hazırda hadisənin təfərrüatları araşdırılır.