BAKI, 3 avqust — Sputnik. Türkiyənin Nevşehir vilayətində içərisində azərbaycanlı turistlərin olduğu avtobus aşıb.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, Azərbaycandan Kappadokiya bölgəsinə səyahətə gedən azərbaycanlı turistləri aparan avtobus səhər saatlarında qəzaya uğrayıb. Məlumata görə, avtobusda 18 nəfər olub.
Qəza zamanı 14 nəfər yüngül xəsarət alıb. Dörd nəfər isə qəzadan xətasız-bəlasız sovuşub. Xəsarət alanlar Nevşehir Dövlət Xəstəxanasında müalicə olunurlar.
Qəzaya düşən Azərbaycan vətəndaşları hadisənin baş verdiyi Avanos ərazi hüquq-mühafizə orqanları tərəfindən dindiriliblər.