CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölüm xəbərləri agentliyi hərəkətə keçirdi - yollar dəyişəcək, sürət azaldılacaq

© © BNA-nin mətbuat xidmətiBNA “şevron” tipli yol nişanlanmasının tətbiqi üçün təklif hazırlayıb
BNA “şevron” tipli yol nişanlanmasının tətbiqi üçün təklif hazırlayıb - Sputnik Azərbaycan
Abunə olmaq
Ara məsafəsini gözləməsi üçün xarici təcrübədə də istifadə olunan “şevron” tipli yol nişanlanmasının  tətbiq edilməsi təklif olunur

BAKI, 3 avqust — Sputnik. Bakı Nəqliyyat Agentliyi Heydər Əliyev prospektində yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına təkliflər ünvanlayıb.

Mətbuat prospektində zəncirvari qəza - Sputnik Azərbaycan
HADİSƏ
Ramana körpüsü üzərində qəza - Hərəkət dayandı, sürət endirildi

Bu barədə Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat verib. M. Ağayev bildirib ki, Heydər Əliyev prospektinin Böyükşor yol qovşağından Mərdəkan yol qovşağına qədər olan hissəsində baş vermiş yol-nəqliyyat hadisələri narahatlıq doğurduğundan ərazi təhlil edilib və qəzaların baş vermə səbəbi kimi aşağıdakı problemlər qeydə alınıb: "Prospektin Böyükşor yol qovşağından Sabunçu yol qovşağına qədər olan hissəsində ayırıcı zolaqda təhlükəsizlik sədlərinin olmaması. Nəticədə idarəetməni itirən nəqliyyat vasitələri yolun əks istiqamətinə çıxır və ağır qəzaların baş verməsinə səbəb olur. Qeyd edək ki, yolun əks istiqamətinə çıxmaqla törədilən yol nəqliyyat hadisələrində ölüm riski digər yol nəqliyyat hadisələrindən 3 dəfə yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, son 1 ay ərzində bu ərazidə Agentlik tərəfindən qeydə alınmış bu tip hər 2 yol nəqliyyat hadisəsi ölümlə nəticələnib".

© © BNA-nin mətbuat xidmətiBNA “şevron” tipli yol nişanlanmasının tətbiqi üçün təklif hazırlayıb
Ölüm xəbərləri agentliyi hərəkətə keçirdi - yollar dəyişəcək, sürət azaldılacaq - Sputnik Azərbaycan
BNA “şevron” tipli yol nişanlanmasının tətbiqi üçün təklif hazırlayıb

Mətbuat katibi bildirib ki, yolda sürət həddinin yüksək olması da ağır qəzalara səbəb olur: Hal-hazırda Heydər Əliyev prospektinin Böyükşor yol qovşağından Mərdəkan yol qovşağına kimi olan əksər hissəsində sürət həddi ilk iki zolaqda 120 km/saat müəyyən edilib. Bu da yüksək sürət halında sürücülərin bir çox vəziyyətlərdə qeyri-peşəkarlıqları nəticəsində idarəetməni itirmə risklərinin artmasına səbəb olur". 

"Sürücülərin ara məsafəsini gözləməməsi nəticəsində onlar yolda baş verən hadisələr və qabaqlarına çıxan maneələrə lazım olan kimi reaksiya verə bilmirlər. Məsafənin sürücünün reaksiya müddəti ilə mütənasib olmaması zəncirvari qəzaların baş verməsinə səbəb olur. Yuxarıda göstərilənləri nəzərə alaraq, Heydər Əliyev prospektinin Böyükşor yol qovşağından Mərdəkan yol qovşağına kimi olan hissəsində yol hərəkəti təhlükəsizliyinin artırılması məqsədilə aşağıda göstərilən tədbirlərin qısa müddət ərzində icra edilməsi təklif edilib. 

Heydər Əliyev prospektinin Böyükşor yol qovşağından Sabunçu yol qovşağına qədər olan hissəsində ayırıcı zolaqda təhlükəsizlik sədlərinin quraşdırılması, yolda sürət həddinin ilkin olaraq 120 km/saatdan 110 km/saata endirilməsi, sürücülərin ara məsafəsini gözləməsi üçün xarici təcrübədə də istifadə olunan “şevron” tipli yol nişanlanmasının tətbiq edilməsi, sürücülərin yol hərəkəti qaydalarına riayət etməsi məqsədilə prospekt boyu maarifləndirici məlumatları özündə əks etdirən lövhələrin yerləşdirilməsi", - qurum rəsmisi bildirib.

ДТП в Ростовской области - Sputnik Azərbaycan
HADİSƏ
Bakıya gələn mikroavtobus qəzaya düşdü, ölən və yaralılar var - VİDEO

M. Ağayev deyib ki, qeyd edilən tədbirlərin həyata keçirilməsi Heydər Əliyev prospektində yol nəqliyyat hadisələrinin sayının azalmasına, baş verən qəzalar zamanı ölüm riskinin aşağı düşməsinə imkan verəcək. Bundan əlavə, hal-hazırda mütəxəssislərimiz tərəfindən Heydər Əliyev prospektində həddindən az sürətlə hərəkət etməklə başqa nəqliyyat vasitələri üçün maneə yaradan sürücülərin də məsuliyyətə cəlb edilməsi məqsədilə zolaqlar üzrə hərəkət sürətinin aşağı və yuxarı hədlərinin müəyyən edilməsi üçün təkliflər araşdırılır.

Xəbər lenti
0