SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Politoloq: “İranlı siyasətçilərə qarşı sanksiyaların təsirli olacağını düşünmürəm”

© Sputnik / Murad Orujov"Trend" İnformasiya agentliyinin direktor müavini, politoloq Arzu Nağıyev
Trend İnformasiya agentliyinin direktor müavini, politoloq Arzu Nağıyev - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq Arzu Nağıyev deyir ki, sanksiya tətbiqinə baxmayaraq, həmin şəxslərin BMT-də çıxış etmək hüquqları var
Arzu Nağıyev: “ABŞ-da sanksiyalardan istifadə praktika halına çevrilib”

ABŞ Dövlət Departamenti İranın nüvə silahı yaratmaq imkanlarını azaltmaq məqsədi ilə bu ölkənin nüvə proqramına dair məhdudlaşdırıcı tədbirlərin müddətini uzadıb. Bundan əvvəl ABŞ hökuməti İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifə qarşı sanksiya tətbiq etmişdi.

Politoloq Arzu Nağıyev Sputnik Azərbaycan-a deyir ki, ABŞ-da sanksiyalardan istifadə praktika halına çevrilib: “Məhəmməd Cavad Zərifə sanksiya nüvə proqramının həyata keçirilməsinə görə tətbiq edilib. Maraqlısı budur ki, sanksiya tətbiqinə baxmayaraq, həmin şəxslərin BMT-də çıxış etmək hüquqları var. Sanksiyaların böyük siyasi, iqtisadi və hərbi təsirlərinin olacağını düşünmürəm. Bu şəxslər ABŞ-a tez-tez gedərlərsə, sanksiyalar o zaman effekt verə bilər”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz.

Xəbər lenti
0