CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Leysan, şimşək, dolu, sel - İstirahət günlərində dincələ bilməyəcəksiz

© pixabay / Hans BraxmeierDaşqın
Daşqın - Sputnik Azərbaycan
Abunə olmaq
Bakıda və Abşeron yarımadasında avqustun 5-i səhərdən ayın 8-dək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s olacaq

BAKI, 2 avqust — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə bir neçə gün davam edən isti hava şəraitindən sonra, şımal-qərbdən hərəkət edən soyuq atmosfer cəbhəsinin təsiri nəticəsində, avqustun 2-si axşamdan ayın 4-dək əsasən Böyük və Kiçik Qafqazın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı gözlənilr.

Avqustun 4-də hava sabit keçsə də, qısa fasilədən sonra 5-6 avqustda yenidən bəzi rayonlarda qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, ayın 5-də ayrı-ayrı yerlərdə arabir 30-35 m/s-dək güclənəcəyi proqnozlaşdırılır. Əsasən şimal və qərb rayonlarında arabir yağış yağacaq. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Bakıda və Abşeron yarımadasında avqustun 5-i səhərdən ayın 8-dək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s olacaq, 5-də yarımadanın bəzi yerlərində arabir 30-35 m/s-dək güclənəcəyi gözlənilir.

Nazirlik yaxın günlərdə gözlənilən küləkli hava şəraiti ilə əlagədar əhaliyə acıq havada olarkən bu faktoru nəzərə almağı tövsiyə edir.

Xəbər lenti
0