CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əhalinin 126 milyon manat borcu silindi - Azərbaycanda

© Sputnik / Murad OrujovАзербайджанские манаты разного номинала
Азербайджанские манаты разного номинала - Sputnik Azərbaycan
Abunə olmaq
Birinci vitse-prezidentin köməkçisi Emin Hüseynov maraqlı məlumat verib

BAKI, 2 avqust — Sputnik. Azərbaycanda problemli kreditlərin həlli ilə bağlı Maliyyə Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatasının birgə əməkdaşlığı nəticəsində əhaliyə 629 milyon manat kompensasiya ödənilib. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Emin Hüseynov bildirib.

Onun sözlərinə görə, bu vəsait 8 tranş nəticəsində ayrılıb. "Bu pulun bir hissəsi birbaşa əhaliyə çatıb, bir hissəsi isə vətəndaşların borclarının bağlanılmasına sərf olunub. Nisbət təxminən 50/50-yədir. Bundan başqa, yığılmış cərimələr, dəbbə pulları var idi ki, silinib, bunların da məbləği 126 milyon manatdan çox idi”, -  E.Hüseynov vurğulayıb.

Xəbər lenti
0