BAKI, 2 avqust — Sputnik. İyulun 29-da Yevlax şəhər sakini A. Cəfərova RPŞ-yə ərizə ilə müraciət edərək rayon ərazisindəki bazarda olarkən içərisində pul və bankomat kartları olan pul qabının oğurlandığı barədə məlumat verib. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində A. Cəfərovaya məxsus içində 3360 manat və iki ədəd bankomat kartları olan pul qabını götürərək soyğunçuluq etmiş rayon sakini, əvvəllər məhkumluğu olan Samir Məmmədov saxlanılıb. Dindirilmə zamanı o törətdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı cinayəti işi başlanılıb, araşdırmalar aparılır.