Ukraynada jurnalistləri qorumaq üçün xüsusi komanda yaradılır

© REUTERS / Ludovic Marin / PoolUkrayna Prezidenti Vladimir Zelenski
Ukrayna Prezidenti Vladimir Zelenski - Sputnik Azərbaycan
Abunə olmaq
Ukrayna prezidenti jurnalist peşəsini olduqca əhəmiyyətli peşə adlandırıb

BAKI, 2 avqust — Sputnik. Ukrayna Prezidenti Vladimir Zelenski bəyan edib ki, ölkəsində jurnalistlərin qorunması üzrə xüsusi komanda yaradılacaq. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir.

Zelenskinin sözlərinə görə, KİV nümayəndələrinə hücum hallarını araşdırmaq lazımdır və bu işlərə aidiyyəti olan şəxslər cəzalandırılmalıdırlar.

Ukrayna prezidenti jurnalist peşəsini olduqca əhəmiyyətli peşə adlandırıb: "Bununla bağlı ölkədə jurnalistlərin qorunması üzrə komanda yaratmaq lazımdır. Araşdırmaq və belə insanları ciddi şəkildə cəzalandırmaq lazımdır".

Xəbər lenti
0