BAKI, 2 avqust — Sputnik. Rusiya istehsalı olan "S-400" sistemləri NATO-nun müdafiə sisteminə inteqrasiya olunmayacaq.
Sputnik xəbər verir ki, bunu Alyansın Baş Katibi Yens Stoltenberq cümə günü Brüsseldə keçirdiyi mətbuat konfransında deyib.
Qeyd edək ki, hazırda "S-400" zenit-raket kompleksləri NATO üzvü olan Türkiyəyə tədarük edilir.
"Rusiyanın "S-400"lərini NATO-nun hər hansı bir hava və raketdən müdafiə sisteminə inteqrasiya etmək planımız yoxdur", - Stoltenberq deyib.
Ankara keçən ay "S-400"lərin birinci partiyasını təhvil alıb.
Qeyd edək ki, Vaşinqton bu sistemlərin Türkiyə tərəfindən alınmasına qarşı çıxıb və Ankaranı Moskva ilə müqavilədən imtina etməyə çağırıb. ABŞ və Alyans "S-400" sistemlərinin NATO-nun hərbi avadanlığına uyğun gəlmədiyini bildirirlər. Vaşinqton və Brüssel həmçinin iddia edirlər ki, Rusiya istehsalı olan sistemlər Türkiyənin almağı planlaşdırdığı beşinci nəsil "F-35" döyüş təyyarələrini təhlükə altına ata bilər. Belə ki, onların fikrincə, "S-400" və "F-35"lərin birgə istifadəsi rusiyalı ekspertlərə təyyarənin məxfi saxlanılan texnoloji xüsusiyyətləri haqqında məlumat toplamağa imkan verəcək.