CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Milli Kino Günündə əlamətdar hadisə

© Sputnik / Kamal Almuradlı"Azərbaycanfilm" kinostudiyası
Azərbaycanfilm kinostudiyası - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan kino tarixində ilk rəngli bədii filmin müəllifi Hüseyn Seyidzadənin vaxtilə çalışdığı yaradıcılıq otağının açılışı olub

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 2 avqust — Sputnik. Bu gün C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında Xalq artisti, görkəmli kinorejissor, Azərbaycan SSR əməkdar incəsənət xadimi, Azərbaycan kino tarixində ilk rəngli bədii filmin müəllifi Hüseyn Seyidzadənin vaxtilə çalışdığı yaradıcılıq otağının açılışı olub. Sputnik Azərbaycan xəbər verir ki, açılış mərasimində Azərbaycan kinosunun tanınmış simaları iştirak ediblər. İlk olaraq çıxış üçün söz alan Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə kinorejissorun yaradıcılığına nəzər saldı:"Hüseyn müəllim deyərdi: "Mənim bəxtim onda gətirib ki, Moskvada Kinematoqrafiya İnstitutunda oxuyarkən çox böyük sənətkarlardan - görkəmli kino ustaları Mixail Romm, Lev Kuleşov və Sergey Eyzenşteyndən dərs almışam. Qriqori Aleksandrov, Mixail Romm, Vsevolod Pudovkin kimi tanınmış kinorejissorların filmlərində rejissor assistenti və ikinci rejissor işləmişəm, onlardan çox şey öyrənmişəm. Ona görə də mənim pis film çəkməyə haqqım yoxdur".

© Sputnik / Kamal AlmuradlıHüseyn Seyidzadə
Milli Kino Günündə əlamətdar hadisə - Sputnik Azərbaycan
Hüseyn Seyidzadə

Aydın Kazımzadə tanınmış kinorejissor, operator Əlisəttar Atakişiyevin, aktyor Əliağa Ağayevin vaxtilə ona danışdığı xatirələri, film çəkilişləri barədə maraqlı məqamları tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Daha sonra çıxış edən "Azərbaycanfilm" kinostudiyasının rəhbəri Müşfiq Hətəmov ilk olaraq bütün kino ictimaiyyətini Milli Kino Günü münasibətilə təbrik etdi. Hüseyn Seyidzadənin yaradıcılığından söz açan direktor onun vaxtı ilə fəaliyyət göstərdiyi otağın açılışının məhz bu günə təsadüf etdiyinin əbəs yerə olmadığını vurğuladı. Azərbaycan kinosunda öz dəsti-xətti olan ölməz sənətkarın çəkdiyi filmlərdə milli kaloritin daim hiss olunduğunu, bu gün də həmin filmlərin sevilərək baxıldığını söylədi.

© Sputnik / Kamal Almuradlı"Azərbaycanfilm" kinostudiyası
Azərbaycanfilm kinostudiyası - Sputnik Azərbaycan
1/12
"Azərbaycanfilm" kinostudiyası
© Sputnik / Kamal AlmuradlıHüseyn Seyidzadənin vaxtilə çalışdığı yaradıcılıq otağı
Hüseyn Seyidzadənin vaxtilə çalışdığı yaradıcılıq otağı - Sputnik Azərbaycan
2/12
Hüseyn Seyidzadənin vaxtilə çalışdığı yaradıcılıq otağı
© Sputnik / Kamal AlmuradlıHüseyn Seyidzadənin vaxtilə çalışdığı yaradıcılıq otağı
Qaynana filminin çəkilişi zamanı - Sputnik Azərbaycan
3/12
Hüseyn Seyidzadənin vaxtilə çalışdığı yaradıcılıq otağı
© Sputnik / Kamal AlmuradlıHüseyn Seyidzadənin vaxtilə çalışdığı yaradıcılıq otağı
Hüseyn Seyidzadənin vaxtilə çalışdığı yaradıcılıq otağı - Sputnik Azərbaycan
4/12

5/12

6/12

7/12
Hüseyn Seyidzadənin vaxtilə çalışdığı yaradıcılıq otağı
© Sputnik / Kamal AlmuradlıAydın Kazımzadə
Aydın Kazımzadə - Sputnik Azərbaycan
8/12
Aydın Kazımzadə
© Sputnik / Kamal AlmuradlıAyaz Salayev
Ayaz Salayev - Sputnik Azərbaycan
9/12
Ayaz Salayev
© Sputnik / Kamal Almuradlı"Azərbaycanfilm" kinostudiyasının rəhbəri Müşfiq Hətəmov
Azərbaycanfilm kinostudiyasının rəhbəri Müşfiq Hətəmov - Sputnik Azərbaycan
10/12
"Azərbaycanfilm" kinostudiyasının rəhbəri Müşfiq Hətəmov
© Sputnik / Kamal AlmuradlıOqtay Mirqasımov
Oqtay Mirqasımov - Sputnik Azərbaycan
11/12
Oqtay Mirqasımov
© Sputnik / Kamal AlmuradlıŞəfiqə Məmmədova və Ənvər Həsənov
Şəfiqə Məmmədova və Ənvər Həsənov - Sputnik Azərbaycan
12/12
Şəfiqə Məmmədova və Ənvər Həsənov
1/12
"Azərbaycanfilm" kinostudiyası
2/12
Hüseyn Seyidzadənin vaxtilə çalışdığı yaradıcılıq otağı
3/12
Hüseyn Seyidzadənin vaxtilə çalışdığı yaradıcılıq otağı
4/12
Hüseyn Seyidzadənin vaxtilə çalışdığı yaradıcılıq otağı
5/12
Hüseyn Seyidzadənin vaxtilə çalışdığı yaradıcılıq otağı
6/12
Hüseyn Seyidzadənin vaxtilə çalışdığı yaradıcılıq otağı
7/12
Hüseyn Seyidzadənin vaxtilə çalışdığı yaradıcılıq otağı
8/12
Aydın Kazımzadə
9/12
Ayaz Salayev
10/12
"Azərbaycanfilm" kinostudiyasının rəhbəri Müşfiq Hətəmov
11/12
Oqtay Mirqasımov
12/12
Şəfiqə Məmmədova və Ənvər Həsənov

Azərbaycan kinorejissoru və kinoşünası, əməkdar incəsənət xadimi Ayaz Salayev yaradıcılıq otağının açılışında iştirak etdiyi üçün özünü xoşbəxt hiss etdiyini, kinostudiya üçün bu cür tədbirlərin vacib olduğunu dedi.

Qeyd edək ki, tədbirdə kinorejissor Oqtay Mirqasımov, Xalq artisti Şəfiqə Məmmədova, Ənvər Həsənov, Azərbaycanın əməkdar mədəniyyət işçisi Yusif Şeyxov və başqaları iştirak edirdilər.

Xəbər lenti
0