BAKI, 2 avqust — Sputnik. Kür çayının Yevlax şəhəri, Varvara kəndi ərazisindən keçən hissəsində batan 1991-ci il təvəllüdlü Maqsudzadə Nəsib Maarif oğlunun axtarışları başa çatıb.
Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, N.Maqsudzadənin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.