CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bulvarda xoşagəlməz hadisə baş verib

Abunə olmaq
Vətəndaşın (şəxsiyyəti dəqiqləşdirilir) meyitini sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər

BAKI, 2 avqust — Sputnik. Dünən axşam saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Xətai rayonunda, Dənizkənarı Milli Park ərazisində, qeyri-məntəqə (nəzarətsiz) ərazidə 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.

Sputnik Azərbaycan FHN-nin məlumatına istinadla xəbər verir ki, dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşın (şəxsiyyəti dəqiqləşdirilir) meyitini sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Xəbər lenti
0