CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Agentlik avtobus qəzası ilə bağlı araşdırmalara başladı

© © BNA-nin mətbuat xidməti Sabunçu rayonu Rüstəmov küçəsində 86 ünvanında qəza
 Sabunçu rayonu Rüstəmov küçəsində 86 ünvanında qəza - Sputnik Azərbaycan
Abunə olmaq
Sərnişinlər arasında xəsarət alan yoxdur

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 2 avqust — Sputnik. Bakı Nəqliyyat Agentliyi bir qədər əvvəl R.Rüstəmov küçəsində baş verən zəncirvari yol nəqliyyat hadisəsi ilə bağlı araşdırmaya başlayıb.

Sputnik Azərbaycana-a bununla bağlı məlumat verən bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib ki, Bakıxanov qəsəbəsi istiqamətində hərəkət edən "Opel "markalı minik avtomobili digər nəqliyyat vasitəsinə dəyərək əks istiqamətdə gələn nəqliyyat vasitələrinin yoluna çıxıb:

"Daha sonra Qara Qarayev prospekti istiqamətində hərəkət edən 49 nömrəli müntəzəm marşrut xətti ilə hərəkətdə olan (99 XJ 582 dövlət qeydiyyat nişanı) avtobusun qarşısına çıxaraq avtobusa dəyib. Sərnişinlər arasında xəsarət alan yoxdur. Hazırda qəza ilə bağlı Bakı Nəqliyyat Agentliyi tərəfindən də araşdırma aparılır".

Xəbər lenti
0