BAKI, 2 avqust — Sputnik. ABŞ-ın keçmiş dövlət katibi Kondoliza Rays hesab edir ki, Ukrayna yaxın gələcəkdə NATO-nun bir hissəsinə çevrilə bilməyəcək.
Sputnik Azərbaycan xəbər verir ki, Rays bunu Ukraynanın "Novoye Vremya" nəşrinə müsahibəsində deyib.
"Düşünürəm ki, hazırda bu (Ukraynanın NATO-ya qəbul olunması – red.) mümkün deyil. Ona görə ki, NATO konsensus əsasında fəaliyyət göstərən bir təşkilatdır və fikrimcə, siz (ukraynalılar – red.) konsensus əldə etməyəcəksiniz. Məncə, indi hətta NATO-ya üzvlüyə dair fəaliyyət planı ilə bağlı konsensus əldə etmək çətin olacaq", - keçmiş dövlət katibi deyib.
Lakin Rays bildirib ki, Ukrayna Alyansla rəsmi razılaşma olmadan belə sıx əməkdaşlıq edə bilər. Onun fikrincə, buna Ukrayna-NATO komissiyası kömək göstərə bilər.