CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Zakir Fərəcovun göstərişindən sonra sakinlərin problemi həllini tapdı

© Sputnik / Murad OrujovВъезд в город Сумгайыт
Въезд в город Сумгайыт  - Sputnik Azərbaycan
Abunə olmaq
Şəhər rəhbərinin sərəncamından dərhal sonra binanın dam örtüyünün yenilənməsi prosesinə başlanılıb

BAKI, 1 avqust — Sputnik. Sumqayıt şəhərində 5-ci mikrorayon ev 18/132 ünvanında məskunlaşan sakinlərin dam örtüyü ilə bağlı narahatlığına son qoyulub.
Sputnik Azərbaycan xəbər verir ki, sözügedən binanın şəhərin mənzil fonduna daxil olmadığı və kooperativ əsaslı olduğu üçün həmin yaşayış binasının dam örtüyünün vurulması ilə bağlı vəsait nəzərdə tutulmayıb. Buna baxmayaraq, həmin bina sakinlərinin müraciətlərinə Sumqayıt şəhər İcra Hakimiyyətində baxılıb. Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov sözügedən binanın dam örtüyünün yenilənməsi ilə bağlı sərəncam verib. Şəhər rəhbərinin sərəncamından dərhal sonra binanın dam örtüyünün yenilənməsi prosesinə başlanılıb. 

Xatırladaq ki, bir müddət əvvəl Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən 18 saylı kooperativ yaşayış binasının sakinləri binalarının damlarının söküldüyündən və bərpa edilmədiyindən şikayətçi olmuşdular. 

Qeyd edək ki, bu günə qədər 850 binanın dam örtüyü dəyişilib. Sumqayıtın 70 illik yubileyinə qədər daha 50 dam örtüyü dəyişiləcək. Bununla da 30 illik Sumqayıtn yumuşaq dam örtüyü problemi tam həllini tapmış olacaq.

 

Xəbər lenti
0