SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan dövlət himni bu dəfə daha fərqli təqdim olundu

© Sputnik / Nigar IskanderovaAzərbaycan dövlət himninin fərqli təqdimatı ilə əlaqədar olaraq keçirilən mətbuat konfransı
Azərbaycan dövlət himninin fərqli təqdimatı ilə əlaqədar olaraq keçirilən mətbuat konfransı - Sputnik Azərbaycan
Abunə olmaq
15 gəncin ifasında himnimiz işarət dilində təqdim olundu

BAKI, 1 avqust — Sputnik. Bu gün “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyi tərəfindən Azərbaycan dövlət himninin fərqli təqdimatı ilə əlaqədar olaraq mətbuat konfransı keçirilib.

Sputnik Azərbaycan-ın xəbərinə görə, birlik Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə imza atdığı "Azərbaycan Respublikasının Dövlət Himninin işarət dilində hazırlanması və təqdimatı” layihəsini ictimaiyyətin müzakirəsinə verib.

© Sputnik / Nigar IskanderovaAzərbaycan dövlət himninin fərqli təqdimatı ilə əlaqədar olaraq keçirilən mətbuat konfransı
Azərbaycan dövlət himni bu dəfə daha fərqli təqdim olundu - Sputnik Azərbaycan
Azərbaycan dövlət himninin fərqli təqdimatı ilə əlaqədar olaraq keçirilən mətbuat konfransı

Layihədə 15 eşitmə məhdudiyyətli gənc iştirak edərək, 100 ildən artıq yaşı olan Azərbaycan dövlət himnini işarət dilində ifa edib.

Belə bir layihənin icra olunmasında məqsəd isə eşitmə və nitq məhdudiyyəti olan şəxslərin bu günədək dövlət himninin mahiyyətini tam olaraq anlamamaları göstərilib.

Qeyd edək ki, 15 gəncin işarət dili ilə ifasında nümayiş olunan videoçarx auditoriya tərəfindən də maraqla qarşılanıb.

Xəbər lenti
0