6 avqustda jurnalist ictimaiyyəti kədərli günü qeyd edir. 2014-cü ilin həmin günündə məşhur rusiyalı fotomüxbir Andrey Stenin Ukraynanın cənub-qərbində redaksiya tapşırığını yerinə yetirərkən faciəvi şəkildə həlak olub. Peşə borcunu yerinə yetirərkən göstərdiyi şücaət və igidliyə görə Andrey Stenin ölümündən sonra Rusiya Federasiyasının "Şücaət" ordeni ilə təltif edilib. Hərbi münaqişələri çəkmək üzrə ixtisaslaşmış Steninin ustalığı yüksəl qiymətləndirilib. Onun işləri iki dəfə "Gümüş kamera" müsabiqəsində qalib olub.
Həmin gün təkcə məşhur rusiyalı fotojurnalistin yaradıcılıq yolunu xatırlamaq üçün deyil, həm də milli fotojurnalistikanın cari vəziyyətini müzakirə etmək üçün fürsətdir.
Avqustun 6-da saat 12:00-da "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində Azərbaycanın məşhur fotomüxbirləri peşə borcunu yerinə yetirərkən həlak olmuş rusiyalı həmkarlarının təcrübəsinin özəllikləri, bugünkü milli fotojurnalistika və fotoqrafiya sənətində hadisə yerindən operativ fotoreportajları hazırlamaq və dərc etməyin ən effektiv yolları ilə bağlı öz fikirlərini bölüşəcəklər. İştirak edəcəklər:
- Dilavər Nəcəfov
- Mirnaib Həsənoğlu
- Rauf Umudov
Əlavə məlumat üçün müraciət edə bilərsiz:
E-mail: i.velizade@rian.ru
Telefonlar: 404-13-84/85
Ünvan: Sputnik Azərbaycan Beynəlxalq Multimedia Mətbuat Mərkəzi, Mətbuat prospekti, 529-cu məhəllə, bina 23 M (4-cü mərtəbə-liftlə üzbəüz).