SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Rəsmi Moskva Ermənistanla Azərbaycana çağırış etdi

© Sputnik / Maksim Blinov / Mediabanka keçidMoskva Kremlindəki Senat Sarayının günbəzində prezident ştandartı fonunda ay
Moskva Kremlindəki Senat Sarayının günbəzində prezident ştandartı fonunda ay - Sputnik Azərbaycan
Abunə olmaq
Dağlıq Qarabağ münaqişəsi bölgəsində gərginliyin daha da artması yolverilməzdir

BAKI, 1 avqust — Sputnik. "Ermənistan – Azərbaycan sərhədində vəziyyətin gərginləşməsindən narahatıq". Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri bu gün keçirdiyi həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarova bildirib.

"Ermənistan – Azərbaycan sərhədində Ermənistan hərbçisinin ölümü, hər iki tərəfdən yaralıların olması ilə nəticələnən vəziyyətin gərginləşməsindən narahatıq. Ölən şəxsin ailəsinə və yaxınlarına başsağlığı verirəm. Bu gərginlik atəşkəs rejiminin davamına dair bu yaxınlardakı razılaşmalara, siyasi çözüm əldə etmək niyyəti ilə bağlı verilən açıqlamalara ziddir. Dağlıq Qarabağ münaqişəsi bölgəsində gərginliyin daha da artması yolverilməzdir. Münaqişə tərəflərini təmkinli olmağa, güc tətbiq etməməyə və vəziyyətin sabitləşməsinə istiqamətlənən tədbirlər görməyə çağırırıq", - deyə Zaxarova qeyd edib.

Xatırladaq ki, iyulun 31-i Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Qazax" əlahiddə sərhəd diviziyasının Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfi təxribatlar törədib. Belə ki, 31 iyul tarixində saat 16:40-da döyüş mövqelərimiz düşmən tərəfindən atəşə tutulub. Düşmənin atəş nöqtələri cavab atəşilə susdurulub.

Atışma zamanı döyüş növbəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin 1 hərbi qulluqçusu yaralanıb. Sərhədçiyə dərhal təxirəsalınmaz tibbi yardım göstərilib və hazırda həyatı üçün təhlükə yoxdur.

Xəbər lenti
0