Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 1 avqust — Sputnik. Ötən il Azərbaycanda 36 min 141 abort qeydə alınıb.
Bu barədə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsindən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib.
Bu rəqəm öncəki illə müqayisədə abortların sayında bir qədər azalmaların olduğunu göstərir. Belə ki, 2017-ci ildə qeydə alınan abortların sayı 37 min 618 olub. 2017-ci il bu statistik göstəricilərə görə 2000-ci ildən bu yana ən çox abortların qeydə alındığı il kimi yadda qalıb.
2017-ci il həmçinin 2010-cu ildən etibarən 15-19 yaşlı qızlar arasında abortların ən çox qeydə alındığı il olub. Belə ki, həmin ildə 15-19 yaşlı 1605 qız abort etdirib.
Xatırladaq ki, 19 il öncə rəqəmlər indiki ilə müqayisədə kifayət qədər aşağı – 17 min 529 olub.