AVRO-2020 şəhərləri: Dublin

© Sputnik / Vladimir Fedorenko / Mediabanka keçidВид на центральную часть города и на мост О'Коннел Бридж со стороны реки Лиффи.
Вид на центральную часть города и на мост О'Коннел Бридж со стороны реки Лиффи. - Sputnik Azərbaycan
Abunə olmaq
Min illik tarixi olan kelt şəhərində futbol həyəcanını hiss edin - İrlandiya paytaxtının səyahət bələdçisi

Hər il milyonlarla turist məşhur “Yaşıl sahillər”i seyr etmək, kelt mədəniyyətini hiss etmək, qədim qalaları görmək, leprekon tutmaq və əsl “Ginnes”i dadmaq üçün bura gəlirlər. Burada hər kəs öz ürəyincə məşğuliyyət tapa biləcək.

Necə getmək olar?

Dublin Beynəlxalq Hava Limanı mərkəzdən 10 kilometr aralıda yerləşir. Şəhərə avtobusla gedə bilərsiniz. Bir tərəfə səyahət üçün biletin qiyməti təxminən 6 avro, səyahət müddəti isə yarım saatdır.

© © Sputnik / Aleksey KudenkoTəyyarənin illüminatorundan Dublinin mənzərəsi
AVRO-2020 şəhərləri: Dublin - Sputnik Azərbaycan
Təyyarənin illüminatorundan Dublinin mənzərəsi

Biletləri xüsusi avtomat qurğulardan və ya dayanacaqlarda almaq olar. Avtobus salonları ən son səs sistemləri ilə təchiz olunmuşdur, buna görə dayanacağınızı qaçırmaq sadəcə mümkün deyil.

Harada yerləşmək olar?

Dublin 24 rayondan ibarətdir, lakin adi turist üçün onlardan 4-dü kifayətdir. Ən çox ziyarət edilən rayon Liffey çayı yaxınlığındakı məhəllədir. Burada məşhur barlar, şopinq sevənlər üçün küçələr və mərkəzi park yerləşir.

© Sputnik / Vladimir Fedorenko / Mediabanka keçidLiffey çayı üzərindəki Hapenni Bric körpüsünün mənzərəsi
AVRO-2020 şəhərləri: Dublin - Sputnik Azərbaycan
Liffey çayı üzərindəki Hapenni Bric körpüsünün mənzərəsi

Liffey çayı şəhəri iki yerə bölür: Şimali və Cənubi Dublin. Sakinlər cənub məhəllələrin daha prestijli olduğunu düşünürlər. İrlandiya paytaxtının şimal hissəsi gecə həyatı ilə məşhurdur. Buna baxmayaraq səhər saatlarında da görməli yerlərin həvəskarları şəhərin bu hissəsini sevəcəklər.

Nələri görmək lazımdır?

Dublin İrlandiyanın paytaxtı və ən böyük şəhəridir. Şəhərin parlaq, min ildən çox bir tarixi var. Paytaxt statusuna baxmayaraq, şəhərdə göydələnlər çox deyil. Yerli hakimiyyət orqanları tarixi binaları bərpa etməyə başlayaraq, sakinlərə və turistlərə İrlandiya xalqının zəngin ənənələrini xatırlatmağa çalışırlar.

Şəhərdə bir çox yaşıl ərazi var - Avropada ən böyük hesab edilən Finiks Parkı, “St Stephen’s Green”, Merrion Meydanı və Fitzuilliam Meydanı. Şəhəri başqa tərəfdən görmək istəyirsinizsə, Liffey çayı və ya Kral kanalında kayak gəzintisinə çıxın və ya Dollimaunt çimərliyində kaytsörfinqlə məşğul olun.

Dublinin üstünlüyü ondadır ki, qatar bileti alaraq 20 dəqiqəyə dəniz sahilinə və ya əsl cəngavər qalasına gedə bilərsiniz. Şəhər ətrafında isə yaxtaların, yeni tutulmuş balıqların və dənizkənarı kəndin digər atributlarının olduğu bir ab-havaya düşəcəksiniz. Yeri gəlmişkən, belə yerlərdə tez-tez suitilərə rast gələ bilərsiniz.

© Sputnik / Aleksandr Vilf / Mediabanka keçidDublindəki Müqəddəs Patrik Kilsəsi
AVRO-2020 şəhərləri: Dublin - Sputnik Azərbaycan
Dublindəki Müqəddəs Patrik Kilsəsi

Qatarla Hout və Dun Leare sahil şəhərlərinə gedə bilərsiniz. Malahayd və Dolki qalaları, Ceyms Coys qülləsi və muzeyi diqqətə layiqdirlər. Təbiət həvəskarlarına UNESCO-nun biosfer qoruqları olan Malahayddan Portmarnoka qədər gəzişmək tövsiyə edilir.

Dublin heykəlləri ilə də məşhurdur. Şəhərin qərbindəki parkda isə hərəkət edən abidəyə rast gəlmək olar. “İrland dalğası” adı ilə tanınan bu abidə 20 tondan çox ağırlığı olan 35 metr hündürlüyündə bir heykəldir. Külək “dalğa”nı 6 metr yana itələyir, ancaq o, həmişə başlanğıc nöqtəsinə qayıdır.

© Sputnik / Dmitriy Parshin / Mediabanka keçid"Kastom hausun" yaxınlığında körpü
AVRO-2020 şəhərləri: Dublin - Sputnik Azərbaycan
"Kastom hausun" yaxınlığında körpü

Dublin küçələrində görə biləcəyiniz başqa bir qeyri-adi heykəl “Cockles and Mussels” balladasının “Molly Malone” adlı qəhrəmanının heykəlidir. Qrafon küçəsi boyunca araba ilə “gəzən” cazibədar tunc qız İrlandiyanın qeyri-rəsmi simvolu hesab olunur. İrlandiyalı fanatlar hətta futbol matçları zamanı onun şərəfinə mahnılar oxuyurlar.

© Sputnik / Aleksandr Vilf / Mediabanka keçid“Molly Malone” adlı qəhrəmanının heykəli
AVRO-2020 şəhərləri: Dublin - Sputnik Azərbaycan
“Molly Malone” adlı qəhrəmanının heykəli

Nəyi dadmaq olar?

Dublin sakinləri tarixlərinin hər bir fraqmentinə diqqətlə yanaşırlar, buna görə də şəhərin küçələrində qədim Triniti Kollecinin kitabxanasını və yerli pivə muzeyini asanlıqla tapa bilərsiniz. Burada köpüklü içkiyə xüsusi bir yanaşma var: “irland pab”ı isə hər yerdə istifadə olunan bir ifadədir.

Pivəyə laqeyd olanları isə Dublin başqa bir içkiyə qonaq edə bilər. Qəhvə çoxdan şəhər mədəniyyətinin bir hissəsinə çevrilib. Şəhərdə baristaların yetişdirildiyi bir çox təhsil müəssisəsi var. Burada ən yaxşı mütəxəssislərin çempionatları da keçirilir, mərkəzdə isə hər il qəhvə sərgiləri təşkil olunur.

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidDublindəki Triniti Kolleci
AVRO-2020 şəhərləri: Dublin - Sputnik Azərbaycan
Dublindəki Triniti Kolleci

İrland yeməkləri doyumlu böyük porsiyalarda verilir. Əsasən ənənəvi yeməklərin hazırlanması üçün böyük miqdarda ət, kartof və dəniz məhsulları istifadə edilir. İrlandlar doyumlu səhər yeməyi etməyi, axşam yeməyi üçün isə sendviçlə şorba yeməyi sevirlər. Səhər yeməyində un və yumurta ilə qızardılmış boksti kartof blinçiklərini dadmaq məsləhətdir. Şam yeməyi üçün isə kolbasa, yağlı bekon, kartof və soğandan hazırlanan ənənəvi koddl şorbası yeyilir.

Futbol

AVRO-2020-nin qrup mərhələsinin üç oyununa və 1/8 finalın bir görüşünə ev sahibliyi edəcək Dublinin “Aviva” stadionu 2010-cu ildə inşa edilib. Arena 51,700 tamaşaçı tutumuna malikdir. Stadion elə bir şəkildə layihələndirilib ki, toplanan yağış suları qazonu sulamaq üçün istifadə olunur.

“Aviva”nın böyük yarışlara ev sahibliyi etmək təcrübəsi var: 2011-ci ildə burada Avropa Liqasının finalı keçirilib. Dublin stadionu həmçinin Madonna, Lady Gaga, Rihanna və AC/DC kimi dünya ulduzlarının çıxışları üçün daimi bir məkandır.

© Sputnik / Ilya Pitalev / Mediabanka keçid “Aviva” stadionu
AVRO-2020 şəhərləri: Dublin - Sputnik Azərbaycan
“Aviva” stadionu

İrlandiya futbolunun ən parlaq ulduzu Robbi Kindir. O, millidə oynadığı matçların və vurduğu qolların sayına görə rekord sahibidir.

Xəbər lenti
0