AVRO-2020 şəhərləri: Buxarest

© Depositphotos.com / master2Здание парламента в Бухаресте
Здание парламента в Бухаресте - Sputnik Azərbaycan
Abunə olmaq
Qraf Drakulanın və vampirlərin “Sevinc şəhəri”ndə futbol bayramı - Rumıniya paytaxtının səyahət bələdçisi

Rumıniya hələ də səyahətçilərin əksəriyyəti üçün ekzotik məkan olaraq qalır. Turistlər buraya əsasən Transilvaniyanı və Qraf Drakulanın qalasını görmək üçün gəlirlər. Lakin vampirlər haqqında hekayələr, bu ecazkar ölkənin və onun tez-tez “Sevinc şəhəri” adlandırılan paytaxtının öyünə biləcəyi yeganə şey deyil.

Necə getmək olar?

Buxarest hava limanı şəhərdən 15 kilometr məsafədə yerləşir. Mərkəzə avtobus və ya qatarla gedə bilərsiniz. Bir tərəfli səyahət iki avrodan baha olmayacaq. Dəmir yolu stansiyası hava limanı terminalından 2 kilometr məsafədə yerləşir. Sərnişinlərin rahatlığı üçün paytaxt qonaqlarını qatarlara pulsuz aparacaq şattl xidməti fəaliyyət göstərir.

© Depositphotos.com / prillBaxarest universitetinin mərkəzi kitabxanası
AVRO-2020 şəhərləri: Buxarest - Sputnik Azərbaycan
Baxarest universitetinin mərkəzi kitabxanası

Hava limanının rəsmi daşıyıcılarının taksiləri və ya otelə əvvəlcədən sifariş edilmiş transfer xidməti də cibinizə ziyan vurmayacaq. Bələdiyyə taksisində gəzintinin bir kilometrinə görə ən yüksək qiymət isə bir avrodan az olacaq. Elə bu qədər də avtomobilin gəlməsi üçün ödəməli olacaqsınız. Sürücünün sayğacı işə  saldığına əmin olmaq lazımdır və gəzintinin sonunda ondan qəbzi istəməyi unutmayın.

Təcrübəli səyahətçilər nişanları olmayan taksilərə minməməyi məsləhət görürlər. Çünki belə olan halda gediş üçün böyük bir miqdarda pul ödəməli olacaqsınız.

Harada yerləşmək olar?

Buxarestin turistik mənzil bazarı əlverişli qiymətləri ilə səyahətçiləri sevindirir. Əlbəttə ki, burada məşhur dünya brendlərinin gözəl otelləri də var. Bu otellərdə bir gecə üçün böyük bir məbləğ ödənilməli olacaqsınız. Lakin əlverişli seçimlər də çoxdur.

Yaşayış yerinin seçimi ilə əvvəlcədən məşğul olsanız, mərkəzdə üç ulduzlu oteldə günü 30-40 avroya bir otaq sifariş etmək mümkün olacaq. Səhər yeməyi də bu qiymətə daxil ola bilər.

© Depositphotos.com / Figurniy SergeyBuxarestin mərkəzi fontanı
AVRO-2020 şəhərləri: Buxarest - Sputnik Azərbaycan
Buxarestin mərkəzi fontanı

Nələri görmək lazımdır?

Buxarest qeyri-adi bir memarlığa malik şəhərdir. Burada ölkənin kommunist dövrünün təmtəraqlı binaları roman üslubunda tikilmiş binaları ilə birlikdə yaşayır. Köhnə şəhər isə Milli tarix muzeyi, möhtəşəm Stavropoleos monastırı, universitet meydanı və bir çox digər maraqlı obyektlərin, eyni zamanda kafe, mağaza və əyləncə mərkəzlərinin yerləşdiyi kiçik bir ərazidir.

Zəfər tağına gedərkən geologiya muzeyinə, təbiət tarixi muzeyinə və ya xəritələr və köhnə kitablar muzeyinə baş çəkə bilərsiniz. Zəfər tağının üzərindəki müşahidə meydançasından şəhərə və kral Mixayın möhtəşəm parkına gözəl bir mənzərə açılır.

© Depositphotos.com / kirychBuxarestdə Zəfər tağı
AVRO-2020 şəhərləri: Buxarest - Sputnik Azərbaycan
Buxarestdə Zəfər tağı

Rumıniya paytaxtının əsas diqqətəlayiq yeri “nəhəng ev” adı ilə tanınan Parlament sarayıdır. Bu bina Avropada ən böyük mərmər tikilidir. Onun ölçüləri insanı heyrətə gətirir: binanın hündürlüyü 90 metr, eni isə 100 metrdir. Burada 1500 otaq var!

Belə bir nəhəng binanın ucaldılması ideyası 1980-ci ildə şəhərin köhnə hissəsinin sökülməsi və yeni hökumət kvartalının salınması üçün 40 min insanın köçürülməsi əmrini vermiş Rumıniya kommunist rejiminin diktatoru Nikolae Çauşeskuya aiddir.

Saray mərmərdən tikilib, onun otaqlarında 220 hektar xalça döşənib. Bu gün binada Rumıniya parlamentinin iqamətgahı, həmçinin bir neçə universitetin filialları, Müasir incəsənət muzeyi, restoranlar və kitabxanalar var.

Köhnə şəhərin yaxınlığındakı Çişmidciu parkı Buxarest sakinləri və şəhərin qonaqları üçün əla istirahət yeridir. Burada xiyabanlar boyunca dolaşmaq, qayıq gəzintisinə çıxmaq, ördək və qu quşlarını bəsləmək olar.

© Depositphotos.com / lucianmilasanBuxarestdə Dımbobiça çayı
AVRO-2020 şəhərləri: Buxarest - Sputnik Azərbaycan
Buxarestdə Dımbobiça çayı

Mistika pərəstişkarları Qraf Drakulanın iqamətgahı olmuş məşhur Bran qalasını bəyənəcəklər. Qala Buxarestdən 170 kilometr aralıda, Braşov şəhəri yaxınlığında yerləşir. Oraya avtobus və ya qatarla gedə bilərsiniz.

Qala öz memarlıq üslubu və ekspozisiyası ilə maraq doğurur. Turistlər daxili həyətə girən kimi özlərini orta əsrlərdə hiss edirlər, çünki yerli əhali buranı mükəmməl vəziyyətdə saxlayır.

Buna baxmayaraq, əksər turistlər buraya gözəl qüllələr və keçilməz divarlar üçün deyil, öz əsəbləri ilə oynamaq üçün gəlirlər. Dərin və qaranlıq zindanlar, işgəncə otağı və ümumi ab-hava vampirlərin mövcudluğuna dair inam yaradır.

© Depositphotos.com / etrarteBuxarestdə küçə
AVRO-2020 şəhərləri: Buxarest - Sputnik Azərbaycan
Buxarestdə küçə

Geri qayıdarkən Snaqov monastırına baş çəkə bilərsiniz. Yerli sakinlərin hekayələrinə görə, burada Stokerin romanının baş qəhrəmanı üçün prototip rolunu oynamış Vlad Tsepeş dəfn olunub.

Nəyi dadmaq olar?

Rumıniya mətbəxinin ən məşhur yeməyi mamalıqadır. Bu yemək taxıl sıyığına bənzəyir. Taxıl elə bərk olur ki, onu xüsusi taxta bıçaq və ya mumlu iplə kəsmək lazımdır. Bu yeməyi xama və brınza pendiri, kəsmik, donuz cızdağı, göbələk, yumurta və bir çox digər məhsul ilə yeyirlər.

© Depositphotos.com / Radu BercanBuxarestin köhnə şəhərində küçə
AVRO-2020 şəhərləri: Buxarest - Sputnik Azərbaycan
Buxarestin köhnə şəhərində küçə

Rumıniyanın əsas milli şorbası çorbadır. Şorba tərəvəzlərdən hazırlanır və ona tez-tez ət də qatırlar. Süfrəyə isti verilən çorbanın vacib tərkib hissəsi maye həcminin dörddə bir hissəsini təşkil edən kvasdır.

Rumıniyada ən sevimli ət yeməklərindən biri mititey adlanır. Bu qiymə mal əti və ədviyyatdan hazırlanan kolbasalardır. Mititey yaşıl noxud, soğan və göyərti ilə süfrəyə verilir.

© Depositphotos.com / radub85Buxarestdə kafe
AVRO-2020 şəhərləri: Buxarest - Sputnik Azərbaycan
Buxarestdə kafe

Varze kelite adlı yeməyi də dadmağa dəyər. Bu yemək donuz qabırğası ilə pörtlədilmiş kələmdən ibarətdir. Sarmale adı ilə tanınan kələm və ya üzüm yarpaqlarına bükülmüş düyülü qiymə rulonlarını də qeyd etmək lazımdır.

Rumıniya vegetarianlar üçün cənnətdir: burada onlarla tərəvəz salatını, ləzzətli doldurulmuş badımcan və kabaçoku dadmaq olar. Desertlərdən ən populyarları toz şəkər və albalılı roqaliklər, şokoladlı amandin biskviti və papanaşi mürəbbəli ponçiklərdir.

Futbol

Yerli Milli Arena “AVRO-2020”nin qrup mərhələsinin üç oyununa və 1/8 finalın bir görüşünə ev sahibliyi edəcək. 54 min tamaşaçı üçün nəzərdə tutulmuş stadion, Buxarestin mərkəzindən cəmi üç kilometr məsafədə yerləşir. Onun yaxınlığında iki metro stansiyası var.

© © Sputnik / Ramil SidtikovRumıniyanın futbolçuları
AVRO-2020 şəhərləri: Buxarest - Sputnik Azərbaycan
Rumıniyanın futbolçuları

Tarix boyu Rumıniya futbolunun ən yaxşı oyunçusu “Real” və “Barselona”da oynamış Georgi Haci olub. Onun adı ölkənin hər bir sakininə məlumdur, “Maradona” ləqəbi isə çox şey deyir.

Xəbər lenti
0