AVRO-2020 şəhərləri: Bakı

© Sputnik / Ekaterina Chesnokova / Mediabanka keçidHeydər Əliyev mərkəzinin qarşısı
Heydər Əliyev mərkəzinin qarşısı - Sputnik Azərbaycan
Abunə olmaq
İşıqlar, yaşıllıq və Qafqaz qonaqpərvərliyinin rəmzi olan şəhər - Azərbaycan paytaxtının səyahət bələdçisi

Bakı Xəzər dənizi sahillərində yerləşən inanılmaz dərəcədə qonaqpərvər bir şəhərdir. Buranın öz zəngin tarixi, kulinariya ənənələri, bənzərsiz memarlıq abidələri və təbiət qoruqları var. Eyni zamanda, Bakı inkişaf etmiş infrastrukturu, müasir binaları və bir çox əyləncə məkanları ilə öyünür. Turistləri bura həmçinin şəhərin mülayim iqlimi və çimərlik istirahəti imkanları cəlb edir.

Necə getmək olar?

Heydər Əliyev Beynəlxalq Aeroportu Bakının mərkəzindən cəmi 25 kilometr məsafədə yerləşir. Buradan şəhərə getmək üçün ekspress avtobusa minmək olar. Təcrübəli səyahətçilər tıxaclardan qaçmaq üçün ara dayanacaqda avtobusdan düşərək metrodan istifadə etməyi tövsiyə edirlər. Lakin rahat avtobus gəzintisi şəhərlə ilk tanışlıq üçün ən yaxşı vasitədir.

Qeyd etmək lazımdır ki, ekspress avtobuslarda ödəniş “BakıKart” kartı vasitəsi ilə edilir. Sözügedən kartlar hava limanındakı dayanacaqda əldə edilə bilər. Bu kartlar şəhər avtobuslarında və metroda gəzintilər üçün lazımdır və onların balansını istənilən metro stansiyasında artırmaq olar.

© Sputnik / Murad OrujovHeydər Əliyev Beynəlxalq Aeroportunun binası
AVRO-2020 şəhərləri: Bakı - Sputnik Azərbaycan
Heydər Əliyev Beynəlxalq Aeroportunun binası
Bundan əlavə, hava limanından şəhərə adi avtobus, marşrut avtobusu və ya taksi ilə getmək olar. İctimai nəqliyyatla mərkəzə getmək təxminən bir saat çəkəcək. Taksi ilə isə bu daha sürətli, lakin daha bahalı başa gələcək.

Harada yerləşmək olar?

Azərbaycanda turizm fəal şəkildə inkişaf edir, ölkə sakinləri isə qonaqpərvərlikləri ilə tanınırlar. Buna görə də Bakı şəhərinin qonaqları mənzil tapmaqda çətinlik çəkmirlər. İçəri Şəhər ərazisində və bütün Dənizkənarı Bulvar boyunca çox bahalı, eləcə də super ucuz yaşayış variantlarını təklif edən çox sayda otellər, mehmanxanalar və hostellər tapmaq olar.

Təcrübəli səyahətçilər hava limanının yaxınlığında yerləşən Bilgəh qəsəbəsinə diqqət yetirməyi məsləhət görürlər. Burada dəniz kənarında villa kirayələyərək futbol tətilini çimərlik tətili ilə birləşdirmək olar. Qəsəbədən “AVRO-2020” matçlarının keçiriləcəyi stadiona məsafə cəmi 35 kilometrdir.

Nələri görmək lazımdır?

Şərq koloritini hiss etmək, ən ləzzətli yeməklərdən dadmaq, ənənəvi və ultramüasir arxitekturanı görmək, şəhər yaxınlığındakı təbiət mənzərələrini seyr etmək və əlbəttə ki, Bakının məşhur bulvarında gəzərək qüdrətli Xəzərin duzlu küləyindən zövq almaq üçün bu şəhərə getməyə dəyər.

İlin istənilən vaxtı ekskursiya məqsədilə Bakıya gələ bilərsiniz. Çimərlik tətili üçün isə iyun-sentyabr ayları münasibdir. Dəniz sahilində tətildən həzz almaq istəyirsinizsə, Bakıya yaxın qəsəbələri (Bilgəh, Mərdəkan, Zuğulba, Novxanı) seçmək məsləhətdir. Orada müvafiq infrastruktur var, çimərliklər isə sizi təmizliyi, baxımlılığı və narın qızıl qumu ilə məmnun edəcək.

Azərbaycan paytaxtında çox sayda görməli yerlər – tarixi, memarlıq, təbiət və mədəniyyət abidələri var. Bunlardan bəzilərinin dünyada analoqu yoxdur, buna görə də Bakı bu mənada unikal və bir çox cəhətdən özünəməxsus bir şəhərdir. Bakıda günün demək olar ki, istənilən vaxtı gəzintiyə çıxmaq xoşdur - sahildən xoş dəniz küləyi əsir, küçələr əsasən genişdir, burada çox sayda prospektlər və park sahələri var.

Bakının əsas cazibə mərkəzləri İçərişəhər, Dənizkənari bulvar, “Alov qüllələri”, “Kiçik Venesiya” şəhərciyi, Xalça muzeyi, baxış platforması olan Dağüstü park, Dövlət Bayrağı Meydanı və Heydər Əliyev Mərkəzidir. Sadalananlar arasında yalnız Dövlət Bayrağı Meydanına və Heydər Əliyev mərkəzinə getmək üçün ictimai nəqliyyatdan istifadə etmək lazım olacaq. Qalan yerləri isə şəhər mərkəzində tələsmədən gəzişərək görmək olar.

© Sputnik / Murad OrujovŞirvanşahlar saray kompleksi
AVRO-2020 şəhərləri: Bakı - Sputnik Azərbaycan
Şirvanşahlar saray kompleksi

Bakının ürəyində yerləşən İçərişəhər paytaxtın tarixini yaxından öyrənməyə imkan verəcək. Burada Bakının digər yerlərindən fərqli olaraq, dar, daşla döşənmiş küçələr, həm ənənəvi üslubda tikilmiş, həm də bəzək və naxışları ilə Şərq motivlərini tam əks etdirən binalar üstünlük təşkil edir.

Burada tarixi abidələrin çoxluğunu qeyd etmək lazımdır. Bunlara misal olaraq, Qala Divarlarını, Şirvanşahlar sarayını, Hacı Qayıb hamamını, Qız Qalasını göstərmək olar. Yeri gəlmişkən, Qız Qalasına qalxmaq da mümkündür. Ərazi böyük deyil və onu 1-1.5 saata dolaşmaq olar.

İçərişəhər bulvarı sovet kinosunun bütün həvəskarları üçün xüsusi bir yerdir. “Brilyant əl” filmindəki məşhur səhnə məhz bu yerdə çəkilib. İndi həmin köhnə küçədən yalnız bir qapı qalır. Qaçaqmalçılar bu qapının ağzında oturaraq Andrey Mironovun qəhrəmanını gözləyirdilər. Bu yerə gələn hər kəs Mironovun qəhrəmanı kimi büdrəyərək yıxılmağa və mütləq “selfi” çəkməyə çalışır. Bulvar boyunca dayanacaqlarda bahalı maşınlar park edilib, döngədən sonra isə dəbdəbəli mağazaların və restoranların yerləşdiyi böyük bir xiyaban başlayır.

© SputnikKiçik Qala küçəsi
Kiçik Qala küçəsi - Sputnik Azərbaycan
1/5
Kiçik Qala küçəsi
© Sputnik / Murad OrujovKiçik Qala küçəsi
Kiçik Qala küçəsi - Sputnik Azərbaycan
2/5
Kiçik Qala küçəsi
© Sputnik / Murad OrujovKiçik Qala küçəsi
Kiçik Qala küçəsi - Sputnik Azərbaycan
3/5
Kiçik Qala küçəsi
© SputnikAsəf Zeynallı küçəsi
Asəf Zeynallı küçəsi - Sputnik Azərbaycan
4/5
Asəf Zeynallı küçəsi
© Sputnik / Konstantin Chalabovİçərişəhərdə futbol oynayan gənclər
İçərişəhərdə futbol oynayan gənclər - Sputnik Azərbaycan
5/5
İçərişəhərdə futbol oynayan gənclər
1/5
Kiçik Qala küçəsi
2/5
Kiçik Qala küçəsi
3/5
Kiçik Qala küçəsi
4/5
Asəf Zeynallı küçəsi
5/5
İçərişəhərdə futbol oynayan gənclər

Köhnə şəhərdən birbaşa Dənizkənarı Parka, oradan isə Bakı sahilinə çıxaraq təmiz dəniz havası ilə nəfəs almaq və dəniz mənzərələrindən ləzzət almaq olar.

Bakının dənizkənarı bulvarı yerli sakinlərin xüsusilə sevdiyi, qürur duyduqları və yaxından izlədikləri bir ərazidir. Bulvarın yaxınlığında “Kiçik Venesiya” adlı su kanalları sistemi də yerləşir. Burada yay vaxtı qondolalarda gəzintiyə çıxmaq olar. Romantikanın ağuşunda olan bu yer həqiqətən də İtaliyanı xatırladır, xüsusilə də axşam saatlarında.

Xalça muzeyində əsl şərq xalçalarının necə toxunduğunu və onların yaranma tarixini öyrənə, bu sənətin möhtəşəm nümunələrini görə bilərsiniz. Xalça muzeyi “Kiçik Venesiya”nın yaxınlığında yerləşir və həftənin bütün günləri işləyir. Ekspozisiyanı özünüz tək, audio bələdçi və ya ekskursiya rəhbəri ilə birlikdə müşahidə edə bilərsiniz.

Şəhərin digər bir maraqlı hissəsi “Kiçik Venesiya”ya çox yaxın olan Dağüstü Parkdır. Buraya funikulyorla və ya pilləkənlə qalxa bilərsiniz. Parkda şəhərin mənzərələrini seyr etməyə imkan verən müşahidə meydançası var. Buradan Şəhidlər Xiyabanına, Türk Məscidinə və “Alov Qüllələri”nə gedə bilərsiniz.

© Sputnik / Murad Orujov / Mediabanka keçid "Flame Towers" kompleksi
AVRO-2020 şəhərləri: Bakı - Sputnik Azərbaycan
"Flame Towers" kompleksi

“Alov Qüllələr”i təkcə Bakıda deyil, bütün Azərbaycanda ən gözəl müasir bina komplekslərindən biridir. Gecə saatlarında bu memarlıq ansamblı çıraqbanların köməyi ilə gözəl bir şəkildə işıqlandırılır. Qüllələrin içərisində inzibati ofislərdən başqa, otel də yerləşir ki, onun da pəncərələrindən Bakının mənzərələrini seyr etmək olar.

Dövlət Bayrağı Meydanı boyunca gəzinti isə axşam saatlarında, çıraqbanlar işə salındıqdan sonra daha maraqlı olur. Gözəl memarlıq üslubunda tikilmiş və axşam saatlarında işıqlandırılan Su Sarayı isə xüsusilə maraqlı görünür.

Futurizm üslubunda qeyri-adi memarlığın pərəstişkarları isə Heydər Əliyev Mərkəzini çox bəyənəcəklər. Bina əsas görməli yerlərdən kənarda yerləşdiyindən buraya nəqliyyatla gəlmək yaxşı olar. Bina hamar və axıcı formalara malikdir. Onun daxilində muzey və mədəniyyət mərkəzi, xaricində isə maraqlı heykəllər olan geniş bir park var.

Bakı ətrafındakı görməli yerlər isə olduqca qeyri-adidirlər və şəhəri ziyarət edən hər bir kəs onları görməlidir. Belə yerlərə misal olaraq üzərində sirli heroqliflər və mağara rəsmləri çəkilmiş qeyri-adi qayaları və dağ süxurları olan unikal Qobustan təbiət qoruğunu göstərmək olar. Bakıdan 30 kilometr aralıda yerləşən Qobustan qoruğu YUNESKO-nun himayəsində olan arxeoloji obyektdir.

© Sputnik / Vladimir Astapkovich / Mediabanka keçidİçərişəhərdə nərd oynayan şəxslər
AVRO-2020 şəhərləri: Bakı - Sputnik Azərbaycan
İçərişəhərdə nərd oynayan şəxslər

Şəhər kənarında yerləşən qeyri-adi abidələrdən biri də Yanardağdır. Onun unikallığı ondan ibarətdir ki, burada istənilən hava şəraitində yerin təkindən səthə alovlar çıxır. Bu, yerin səthinə yaxın bir məsafədə təbii qazın toplanması ilə izah olunur. Atəşgah məbədində də oxşar bir faktın şahidi ola bilərsiniz – burada da əbədi alov mənbəyi mövcuddur. Hər iki yer turistlər və səyahətçilər arasında populyardır.

Nəyi dadmaq olar? 

Qafqaz xalqları həmişə qonaqpərvərlikləri ilə seçiliblər. Azərbaycanlılar da istisna deyil. Onlar qonaqlarını qarşılayarkən süfrəyə hər zaman milli mətbəxin ən heyrətamiz və ən müxtəlif yeməklərini düzürlər. Bu yeməklər isə nəinki dadlı, həm də faydalıdırlar, çünki onların tərkibində çoxlu miqdarda tər göyərti və tərəvəzlər var.

Yerli mətbəx heyrətamizdir və hətta ən iradcıl qurmanın belə tələblərinə cavab verir: burada hər kəs üçün Şərq xarakterli xüsusi bir yemək var.

Azərbaycana gələn qonaqlar mütləq yerli plovu dadmalıdırlar. Bu plovun əsas xüsusiyyəti ondan ibarətdir ki, onun düyüsü və aşqarası ayrı-ayrı hazırlanır. Aşqaranın bir çox növü var, lakin ənənəvi olaraq plovun 11 əsas növü ayırd edilir. Bunların arasında quzu əti, quş əti, balıq, və s. ilə hazırlanmış növləri var. Hamısını dadmaq üçün vaxtınız çatacaq?

© Sputnik / Murad OrujovBakıda festival
AVRO-2020 şəhərləri: Bakı - Sputnik Azərbaycan
Bakıda festival

Xaş adətən yalnız səhər yeyilən isti şorbadır. Bu şorbanı heç bir ədviyyatdan istifadə etmədən mal dırnağı bulyonundan hazırlayırlar. Bəzi bölgələrdə isə mal quyruğu və başı da əlavə olunur. Xaş içinə göyərti qatılmayan azsaylı yeməklərdən biridir. Bu xörək təqdim edilərkən ədviyyatlar və göyərtilər ayrı bir qabda verilir. Lakin yalnız ölkənin qonaqları üçün.

Dolma adi rus kələm dolmasına bir qədər bənzəyir, lakin eyni zamanda ondan fərqlənir. Birincisi, kələm yarpaqları əvəzinə heyva və ya üzüm yarpaqları istifadə oluna bilər. İkincisi, Azərbaycan dolmasının tamamilə müxtəlif içlikləri ola bilər.

Dolmanın ənənəvi növü quzu ətindən hazırlanan dolmadır. Bu dolmanı hazırlayarkən qiyməyə tər göyərti və şəffaf düyü əlavə olunur. Bu inqrediyentlərin həcmi qiymənin həcmindən çox olmamalıdır.

Bu gün dolma bir sıra ölkələrdə gündəlik rasionunun ayrılmaz bir hissəsidir, lakin məhz Azərbaycan dolmanın Azərbaycan xalqının ənənəvi yeməyi kimi tanıması üçün bütün səyləri göstərib. Maraqlıdır ki, arzu olunan nəticəni eldə etmək mümkün olub: düz bir il əvvəl Azərbaycan dolmasının hazırlanması ənənələri bəşəriyyətin mədəni irsi kimi tanınıb.

© Sputnik / Vladimir Astapkovich / Mediabanka keçidBakıda küçə kafesi
AVRO-2020 şəhərləri: Bakı - Sputnik Azərbaycan
Bakıda küçə kafesi

Ölkənin digər məşhur ət yeməyi lülə kababdır. Quzu qiyməsindən hazırlanan lülə kabab kömür və ya açıq odda bişirilir. Qiyməyə soğan və ya yumurta əlavə edilmir. Qiymələnmiş əti sadəcə uzun müddət yaxşıca döyürlər və sonra isə nazik taxta şişə yığırlar. Kababın başqa variantları da var – onu balıqdan, tərəvəzlərdən və ya ətdən hazırlamaq mümkündür. Ancaq bu yeməyin təqdimatı həmişə eynidir: nazik kökələrin üstündə və bol-bol səpilmiş göyərti ilə.

Ədviyyatlı yeməklər sevənlərə saciçi tövsiyə olunur. Ümumiyyətlə, sac əyri dibi olan çuqun tavadır. Yemək quzu əti, kartof, badımcan (Azərbaycanda olasan badımcan yeməyəsən!), bolqar bibəri, pomidor və nazik lavaşdan ibarətdir. Çox vaxt saciçini keşniş, reyhan, şüyüd və soğanla bəzəyirlər. Saciçi daha çox qızardılmış tərəvəz və ət yeməyini xatırladır, amma elə gözəl tərtibatda təqdim edilir ki! Nəzərə almaq lazımdır ki, bu yeməyə əlavə olunan bibər çox acı olur.

Azərbaycanda hər küncdə çay evləri var. Yerli əhali üçün çay beş dəqiqəlik bir iş yox, ayrıca vacib bir mərasimdir. İçki armudu stəkanlarda təqdim edilir. Bu stəkanlar çayı daha uzun müddət isti saxlayırlar. Çayın yanında adətən mürəbbə (ən populyar ağ albalı mürəbbəsidir), paxlava və ya qənd təklif edirlər.

© Sputnik / Murad OrujovBakıda çay festivalı
AVRO-2020 şəhərləri: Bakı - Sputnik Azərbaycan
Bakıda çay festivalı

Futbol

Azərbaycanda futbolun populyarlığı həmişə ən yüksək səviyyədə olub və hazırda ona maraq daha da artıb. Bakı 2019-cu il Avropa Liqasının finalına və “AVRO-2020” qrup mərhələsinin üç görüşünə ev sahibliyi etmək hüququ əldə edib. Burada həmçinin, qitə birinciliyinin dörddəbir final mərhələlərindən biri keçiriləcək.

Bakının Olimpiya Stadionu 2015-ci ildə açılıb. Böyük Şor gölünün sahilində yerləşən bu müasir arena, demək olar ki, 70 min tamaşaçı tutumuna malikdir və artıq paytaxtın görməli yerlərindən birinə çevrilib.

© Sputnik / Aleksey Filippov / Mediabanka keçid2019-cu il Avropa Liqasının finalından əvvəl Olimpiya Stadionu
AVRO-2020 şəhərləri: Bakı - Sputnik Azərbaycan
2019-cu il Avropa Liqasının finalından əvvəl Olimpiya Stadionu
Xəbər lenti
0