CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Professor Azərbaycan dilinin problemlərindən danışdı

© Sputnik / Murad OrujovFilologiya elmləri doktoru, professor Qulu Məhərrəmli
Filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli  - Sputnik Azərbaycan
Abunə olmaq
Filologiya elmləri doktoru Qulu Məhərrəmli deyir ki, dil daşıyıcıları dilin statusunu, mövqeyini qoruya bilmir
Qulu Məhərrəmli: “Dilin qorunması ilə bağlı çox qiymətli sənədlər qəbul edilib”

1 avqust Azərbaycan əlifbası və Azərbaycan dili günüdür. 2001-ci ilin həmin günündən etibarən ölkədə kiril qrafikasından latın qrafikalı Azərbaycan əlifbasına keçilib. Bu tarix ümummilli lider Heydər Əliyevin "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" 2001-ci il 9 avqust tarixli fərmanına əsasən qeyd edilir.

Filologiya elmləri doktoru Qulu Məhərrəmli Sputnik Azərbaycan-a deyir ki, bizdə son vaxtlar dilin təmizliyinin qorunması, ədəbi normalara əməl olunması, dilin işləkliyi və elektron bazasının yaradılması ilə bağlı çox qiymətli sənədlər qəbul edilib: “Təəssüf olsun ki, bu sənədlərdən irəli gələn işlərin icrası çox ləng baş verir. Biz dil daşıyıcıları dilin statusunu, mövqeyini qoruya bilmirik”.

Qeyd edək ki, Prezident İlham Əliyev 2018-ci il noyabrın 1-də Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.Fərmana əsasən Nazirlər Kabinetinə Azərbaycan dövlət dilinin tətbiqinə nəzarət edən, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin edən, dövlət büdcəsindən maliyyələşən “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi” publik hüquqi şəxs yaradılması tapşırılıb.

Professorun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0