Zaur Məmmədov: “Müqavilənin davam etməsi bütün dünya üçün əhəmiyyətlidir”
ABŞ Orta və yaxın mənzilli raketlərin ləğv edilməsinə dair Müqavilədən rəsmi olaraq avqustun 2-də çıxacaq. Bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton bildirib.
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov Sputnik Azərbaycan-a deyir ki, bu müqavilənin davam etməsi bütün dünya üçün əhəmiyyətlidir: “Bu razılaşmanın baş tutmaması dünya ölkələri üçün təhlükəlidir. Bu müqavilədə hər iki tərəf üçün düşündürücü məqamlar var. Moskva və Vaşinqton məsələni götür-qoy etməklə məşğuldur. Müqavilənin vaxtının uzadılmaması ilə dünyada militarizm güclənə bilər”.
Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz