BAKI, 1 avqust — Sputnik. "Başqa bir ölkənin torpaqlarını hərbi işğal altında saxlayan və qanlı etnik təmizləmə həyata keçirən istilaçı ölkə necə "stabillik adası" ola bilər?!"
Sputnik Azərbaycan xəbər verir ki, bunu özünün "Twitter" səhifəsində Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın Alman Marşal Fondunun baş mütəxəssisi Conatan Katza müsahibəsində səsləndirdiyi fikirlərə münasibət bildirərkən qeyd edib.
"Mən qorxuram ki, Ermənistan Xarici İşlər naziri "stabilliyin" mənasını yanlış anlayır. Başqa bir ölkənin torpaqlarını hərbi işğal altında saxlayan və qanlı etnik təmizləmə həyata keçirən işğalçı ölkə necə "stabillik adası" ola bilər?! İlk növbədə beynəlxalq hüquqa hörmət edilməlidir", - deyə Leyla Abdullayeva vurğulayır.
I’m afraid #Armenia/n foreign minister misunderstands the meaning of “stability”.How can an #aggressor keeping under military occupation the lands of another state & conducting bloody #ethnic_cleansing be an “island of stability”? International Law to be respected 1st! @JonDKatz
— Leyla Abdullayeva (@LAbdullayevaMFA) August 1, 2019
Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan Alman Marşal Fondunun baş mütəxəssisi Conatan Katza müsahibəsində Ermənistanı "stabillik adası" adlandırıb və ölkəsinin regionda stabilliyə töhfə verdiyini deyib.