CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu marşrut xətləri sıxlıq olarsa, yolunu dəyişəcək

© REPORTYeni sərnişin avtobusları
Yeni sərnişin avtobusları - Sputnik Azərbaycan
Abunə olmaq
Müvəqqəti məhdudlaşdırılma bir neçə gün davam edə bilər

BAKI, 1 avqust — Sputnik. Abşeron rayonunun mərkəzi Xırdalan şəhərinin Heydər Əliyev prospektində avtomobil yolu birtərəfli nəqliyyat vasitələrininin hərəkəti üçün 20 gün müddətində bağlı olacaq.

Xırdalan dairəsi istiqamətindən prospektin M.Rəsulzadə küçəsi ilə kəsişməsinədək "Azərsu" ASC tərəfindən su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işləri aparılır. Su-kanalizasiya xəttinin çəkilişi yekunlaşdıqdan sonra bütün avtomobil yollarının, prospekt və küçələrinin asfalt örtüyü yenilənəcək.

Yaranmış narahatlıqla bağlı "Azərsu" ASC Xırdalan sakinlərindən üzr istəyir və sürücülərdən alternativ yollardan istifadə etmələrini tövsiyə edir.

Xırdalan şəhəri Heydər Əliyev prospektində gedəcək təmir tikinti işləri ilə əlaqədar bu gündən prospektdə hərəkət birtərəfli təmin olunmaqla məhdudlaşdırılıb. Bu barədə isə Sputnik Azərbaycan-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən məlumat verilib.

Beləliklə, 517, 592, 596 saylı marşrut xətlərinin hərəkət trayektoriyasında dəyişiklik edilməyəcək. Ancaq pik saatlarda sıxlıq olarsa, nəqliyyat vasitələri Mehdi Hüseynzadə küçəsi ilə hərəkət edərək Xırdalan dairəsinə daxil ola biləcəklər. Müvəqqəti məhdudlaşdırılma bir neçə gün davam edə bilər.

Xəbər lenti
0