SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

ABŞ artıq uşaqlıq edir – Ruhani Vaşinqtona sərt mesajlar göndərdi

© © (Photo by - / Iranian Presidency / AFP)İran Prezidenti Həsən Ruhani, arxiv şəkli
İran Prezidenti Həsən Ruhani, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ onu təhdid hesab etdiyi üçün sanksiyalar siyahısına daxil edib

BAKI, 1 avqust — Sputnik. İran Prezidenti Həsən Ruhani ABŞ-ın bu ölkənin xarici işlər naziri Məhəmməd Cavad Zərifin adının qeyri-şərtsiz danışıqların aparılması haqqında təklifdən sonra sanksiyalar siyahısına daxil edilməsini "uşaqlıq" adlandırıb. Bu barədə Sputnik İnternational bildirib.

"Onlar (Amerikalılar) özlərini uşaq kimi aparırlar... Onlar hər gün bəyan edirlər: "Biz ilkin şərtlər olmadan danışıqlar aparmaq istəyirik... daha sonra onlar xarici işlər nazirinə qarşı sanksiya tətbiq edirlər. Bu, o anlama gəlir ki, onlar rasional düşünmək qabiliyyətini itiriblər", - deyə Ruhani qeyd edib.

Ruhani əlavə edib ki, bu addım ABŞ-ın İran diplomatından qorxmasının göstəricisidir: "Onlar bizim xarici işlər nazirinin müsahibələrindən qorxurlar".

Birləşmiş Ştatlar İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin adını sanksiya siyahısına əlavə edib.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif isə qərara münasibət bildirərkən vurğulayıb ki, ABŞ onu təhdid hesab etdiyi üçün sanksiyalar siyahısına daxil edib.

"Mənim ABŞ-ın sanksiya siyahısına daxil edilməyimin səbəbi budur ki, mən İranın dünyada əsas təmsilçisiyəm... Bu qərar mənə və ailəmə təsir etməyəcək... Çünki mənim İran xaricində nə mülküm, nə də maraqlarım yoxdur. Çox sağ olun ki, məni öz gündəminiz üçün böyük təhdid hesab edirsiniz", - deyə Zərif öz "Twitter" səhifəsində yazıb.

Xəbər lenti
0