CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şəhid ailələrinə birdəfəlik ödəmələrlə bağlı iclas keçirildi

Abunə olmaq
Birdəfəlik ödəmələrin yaxın günlərdə həmin vərəsələrin bank hesablarına köçürülməsi üçün müvafiq işlər aparılır

BAKI, 31 iyul — Sputnik.  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Fərmanının icrası olaraq, şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə (11 min manat) ilə təminatı işləri davam edir.

Qəbələ Peşə Tədris Mərkəzində aprel şəhidi, leytenant Sahil Şirinovun doğum günü ilə əlaqədar tədbir keçirilib - Sputnik Azərbaycan
CƏMİYYƏT
Şəhidin xatirəsi yad edildi

Sputnik Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına istinadla xəbər verir ki, nazirlikdə fəaliyyət göstərən Komissiya növbəti iclasında daha 227 şəhid üzrə 370 vərəsəyə birdəfəlik ödəmə verilməsi barədə qərar qəbul edib. Birdəfəlik ödəmələrin yaxın günlərdə həmin vərəsələrin bank hesablarına köçürülməsi üçün müvafiq işlər aparılır.

Ümumilikdə 12268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən edilib. Onlardan bu günədək 11294 şəhidin 16764 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunmaqla, birdəfəlik ödəmə ilə təminat proqramı artıq 92,1 faiz icra olunub.bayraq

Xəbər lenti
0