CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabahdan sürücülər cərimələnə bilərlər

© Sputnik / Murad OrujovСотрудник дорожной полиции
Сотрудник дорожной полиции - Sputnik Azərbaycan
Abunə olmaq
Onlar qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb ediləcəklər

BAKI, 31 iyul — Sputnik. Avqustun 1-dən 31-dək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən respublika ərazisində "Təmiz hava" aylığı keçiriləcək.

Bu barədə Sputnik Azərbaycan-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Sarı zolaq, arxiv şəkil - Sputnik Azərbaycan
CƏMİYYƏT
Sarı zolağa keçən sürücülərə niyə cərimə tətbiq edilmədi?

Bildirilib ki, son zamanlar avtomobil yollarında mühərrikinin işlənmiş qazlarında atmosferə atılan zərərli maddələrin miqdarı normadan artıq olan nəqliyyat vasitələrinə tez-tez rast gəlinir.

Belə nəqliyyat vasitələrinin istismarı atmosfer havasını çirkləndirməklə insanların həyat və sağlamlığına mənfi təsir göstərir.

"Bu gün respublikada atmosferə buraxılan çirkləndirici maddələrin 75 faizindən çoxu avtomobil və maye yanacağı ilə işləyən mühərriklərin payına düşür. Hesablamalara görə ölkədə avtomobil nəqliyyatından atmosfer havasına il ərzində atılan zərərli maddələrin miqdarı 700 min tona yaxındır. Avtomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə və insan sağlamlığına vurduğu zərərin qarşısının alınması məqsədilə tədbirlər keçiriləcək"- deyə məlumatda qeyd edilib.

Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitəsi sürücülərindən istifadələrində olan avtomobilləri texniki cəhətdən saz vəziyyətdə istismar etmələrini xahiş edir. Əks təqdirdə, qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb ediləcəklər.

Xəbər lenti
0