CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gələn həftə dörd gün iş olmayacaq

© Sputnik / Anar MustafayevРабочее место в офисе, фото из архива
Рабочее место в офисе, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Baş nazirin sərəncamı ilə 4 gün iş olmayacaq

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 31 iyul — Sputnik. Avqust ayında Qurban bayramı ilə əlaqədar 2 gün qeyri-iş günü olacaq.

Праздничный намаз по случаю Гурбан байрам в мечети Тезе-пир - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanda Qurban bayramı namazının vaxtı açıqlandı
 Sputnik Azərbaycan-a Nazirlər Kabinetinin (NK) mətbuat xidmətinin rəhbəri Ayaz Mirzəyevin verdiyi məlumata görə, NK-nın müvafiq qərarı ilə avqustun 12 və 13-ü rəsmən qeyri-iş günüdür: "Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov bununla bağlı 19 dekabr 2018-ci il tarixində sərəncam imzalayıb.2019-cu il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında qərarda bildirilir ki, 2019-cu il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, iyunun 5, 6-sı Ramazan bayramı, avqustun 12, 13-ü Qurban bayramı günləri müəyyən edilərək, qeyri-iş günü hesab olunsun. Ayın 10 və 11-nin də həftəsonu – istirahət günləri olmasını nəzərə alsaq, Qurban bayramı ərəfəsində Azərbaycanda ardıcıl 4 gün qeyri-iş günü olacaq".

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 25 dekabr 2018-ci il tarixli 12 nömrəli qərarı ilə 2019-cu ilin iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "2019-cu ildə Novruz, Ramazan, Qurban bayramları haqqında" 2018-ci il 19 dekabr tarixli 856s nömrəli sərəncamına əsasən, 2019-cu ildə 1, 2 yanvar – Yeni il bayramı, 

Bakıda bayram:  Qurbanlıq heyvanları necə seçirlər - Sputnik Azərbaycan
CƏMİYYƏT
Qurban Bayramı çadırlarının qurulacağı yerlər dəqiqləşdi
20 Yanvar – Ümumxalq hüzn günü, 8 Mart – Qadınlar günü, 20, 21, 22, 23, 24 mart – Novruz bayramı, 9 May – Faşizm üzərində Qələbə günü, 28 May – Respublika günü, 5,6 iyun – Ramazan bayramı, 15 İyun – Azərbaycan xalqının Milli Qurtuluş günü, 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü, 12, 13 avqust – Qurban bayramı, 9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı günü, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü iş günləri hesab edilmir.

Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci hissəsinə və Nazirlər Kabinetinin "2019-cu ildə Novruz, Ramazan, Qurban bayramları haqqında" 2018-cı il 19 dekabr tarixli 856s nömrəli sərəncamına əsasən, 2019-cu ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 25, 26 mart, 17 iyun, 11 noyabr tarixləri, altıgünlük iş həftəsində 25 mart tarixi istirahət günləridir.

Xəbər lenti
0