CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezident iki universitetə yeni rektor təyin etdi

Abunə olmaq
Azərbaycan Texniki Universiteti və Mingəçevir Dövlət Universitetinin rəhbərlərinin adı bilindi

BAKI, 31 iyul — Sputnik. Prezident İlham Əliyev Vilayət Vəliyevin Azərbaycan Texniki Universitetinin rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, sərəncamla Vilayət Məmməd oğlu Vəliyev Azərbaycan Texniki Universitetinin rektoru təyin edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev - Sputnik Azərbaycan
CƏMİYYƏT
Prezident əmək bazarı ilə bağlı fərman verdi: yeni qurum yaradılır

Qeyd edək ki, V.Vəliyev 1960-cı il martın 28-də anadan olub. O, bu təyinata qədər İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru vəzifəsində çalışıb.

V.Vəliyev 112 elmi əsərin, o cümlədən 40-dan artıq xaricdə çap olunmuş əsərin, həmçinin 1 monoqrafiya və 1 dərsliyin müəllifidir. Onun elmi rəhbərliyi ilə 12 elmlər namizədi (fəlsəfə doktoru) hazırlanıb.

Rus və ingilis dillərini bilir. Ailəlidir, iki övladı var.

Prezident İlham Əliyev Şahin Bayramovun Mingəçevir Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında da sərəncam imzalayıb.

Sərəncamla Şahin Vaqif oğlu Bayramov Mingəçevir Dövlət Universitetinin rektoru təyin edilib.

Xəbər lenti
0