BAKI, 30 iyul — Sputnik. Azərbaycanlı müğənni Dilarə Kazımova "Jara" festivalından sonra öz təəssüratlarını bölüşüb. Sputnik Azərbaycan xəbər verir ki, müğənni bu haqda öz "Instagram" hesabında paylaşım edib:
"Ötən gün "Jara"da yeni ərsəyə gətirdiyimiz "Harem"i səsləndirən zaman anladım ki, bu bəstə həqiqətən sevildi və əhvalınızı oxşadı. Sizin kimi zövqlü tamaşaçıların bəyənməsi məni daha da ruhlandırır. Sizdən böyük enerji aldım.
O ki qaldı "Jara"ya... Bu səhnə həyəcandır, enerjidir və zövqdür. Burada olmaq doğrudan da çox isti idi. Başda Emin Ağalarov olmaqla bütün əziyyəti keçənlərə təşəkkür edirəm".
Qeyd edək ki, Dilarə Kazımova azərbaycanlı ulduzların da dəvət aldığı "Jara" festivalında iştirak edib. Festival 25-28 iyul tarixində Emin Ağalarovun təşkilatçılığı ilə baş tutub.