CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

MKİS-lər gedir, yerində nə olacaq?

Abunə olmaq
"Sputnik Azərbaycan" Beynəlxalq Multimedia Mətbuat Mərkəzində keçirilən Dəyirmi Masada ölkəmizdə daşınmaz əmlakla bağlı problemləri müzakirə olundu.

Son illərdə dövlət tərəfindən tikinti və daşınmaz əmlakın idarə olunması sahəsində xeyli islahat həyata keçirilib, müvafiq sərəncamlar verilib və normativ aktlar qəbul olunub.

Bunlarla yanaşı, daşınmaz əmlak sahəsində bir sıra qeyri-müəyyənliklər mövcuddur. Bir yandan ləğvi məsələsi gündəmdən düşməyən MKİS-ləri (Mənzil-Kommunal İstismar Sahələri) kimin əvəz edəcəyi sual altındadır, digər yandan da yeni tikilən binaların qeyri-effektiv idarəetməsi problemi mövcuddur. Yeni yaşayış binalarının əksəriyyətinin sakinləri xidmətlər və onun keyfiyyəti ilə müqayisədə qiymətlərin çox baha olduğu qənaətindədir.

Sputnik Azərbaycan Beynəlxalq Multimedia Mətbuat Mərkəzində keçirilən Dəyirmi Masada, ARB telekanalında yayımlanan "Əmlak vaxtı" layihəsinin rəhbəri Elnur Fərzəliyev, Bələdiyyələrlə İş Mərkəzinin nümayəndəsi, iqtisadçı-ekspert Samir Əliyev, Azərbaycan Rieltorlar İttifaqının sədri Elnur Azadov və başqaları iştirak ediblər.

Xəbər lenti
0