Hərbi jurnalistlər RT-nin beynəlxalq mükafatını qazanıblar

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidRussia Today-in stendi, arxiv şəkil
Russia Today-in stendi, arxiv şəkil - Sputnik Azərbaycan
Abunə olmaq
"Khaled Alkhateb Memorial Awards 2019"-un mükafatları oktyabrın 2-də Moskvada qaliblərə təqdim ediləcək

BAKI, 30 iyul — Sputnik. RT-nin beynəlxalq "Khaled Alkhateb Memorial Awards 2019" mükafatının qalibləri Suriya, İraq və Liviya münaqişələrindən bəhs edən Rusiya, ABŞ, İtaliya və Hindistan jurnalistləri olublar. Bu mükafat telekanal tərəfindən 2017-ci ildə Suriyada ölən "RT Arabic"in əməkdaşı Xaled əl-Xatıbın xatirəsini əbədiləşdirmək məqsədilə təsis edilib.

Здание Службы государственной безопасности Азербайджанской Республики в Баку - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda jurnalist dövlətə xəyanət ittihamı ilə həbs edilib

"Khaled Alkhateb Memorial Awards 2019"-un münsiflər heyəti qalibləri üç kateqoriya üzrə müəyyənləşdirib: "Münaqişə zonasından ən yaxşı əsər: Qısa video", "Münaqişə zonasından ən yaxşı əsər: Uzun video", "Münaqişə zonasından ən yaxşı əsər: Mətn". Müsabiqədə 25 ölkənin jurnalistləri iştirak ediblər.

"Müsabiqə iştirakçılarının işləri Latın Amerikasından tutmuş Cənub-Şərqi Asiyaya qədər Yer kürəsinin müxtəlif guşələrindəki münaqişələrə işıq salıb. Onların hər biri sülh yolunda kiçik addımlardır. Münsiflər heyətinə nə qədər çətin olsa da, ən yaxşıları seçməli olublar. Bir kateqoriya üzrə eyni sayda bal toplamış iki əsər qalib gəlib", — RT-nin baş redaktor müavini Anna Belkina deyib.

Qaliblər:

1. "Münaqişə zonasından ən yaxşı əsər: Qısa video"

— Fausto Biloslavo (İtaliya), "Tripoli döyüşü" (The Battle Of Tripoli).

Liviya paytaxtından bəhs edən bu reportajlar seriyası Milli Razılıq Hökuməti ilə Liviya Milli Ordusu arasındakı uzun qarşıdurmaya həsr olunub.

2. Münaqişə zonasından ən yaxşı əsər: Uzun video".

— Amitabx Revi (Hindistan), "Palmira: Simurq quşu kimi yenidən doğulmaq cəhdi" (Palmyra Ravaged By Daesh, A Bid To Rise Like The Phoenix).

Bu əsər UNESCO-nun irs siyahısına düşmüş və İŞİD terror təşkilatı tərəfindən dağıdılmış Suriyanın Palmira şəhərindən bəhs edir. Mütəxəssislər bu şəhərin "turizm mərkəzi" statusunu yenidən qaytarmaq ümidi ilə tarixi abidələri bərpa edirlər.

Зрительный зал кинотеатра, архивное фото - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanlı rejissor beynəlxalq mükafat aldı

— Anton Stepanenko (Rusiya), "Rəqqa: Müharibədən sonrakı həyat" (Raqqa. Life After War).

İŞİD yaraqlılarının öz paytaxtı elan elədiyi Suriyanın Rəqqa şəhəri terrorçularla aparılan döyüşlər və ABŞ-ın rəhbərliyi altında beynəlxalq koalisiyanın havadan bombardmanları nəticəsində tamamilə dağıdılıb. Film yerli sakinlərin bu ruhlar şəhərində yaşamaq uğrunda necə mübarizə apardıqlarından bəhs edir.

3. Münaqişə zonasından ən yaxşı əsər: Mətn".

— Kemmet Rozen (ABŞ, "İŞİD-dən sonra" (After ISIS).

Silsilə məqalələr Suriya və İraqın İŞİD silahlılarından qorunmaq üçün 2018-ci ildə inşa edilən divarlarla ayrılan sərhədyanı rayonlarının həyatından bəhs edir.

"Khaled Alkhateb Memorial Awards 2019"-un münsiflər heyətinin tərkibinə Suriya və Ukraynadakı işlərinə görə TEFİ televiziyasının üç mükafatı ilə mükafatlandırılmış hərbi müxbir Yevgeni Poddubnı və Beslan məktəbindəki girov götürmə, Moskva metrosunda baş verən terror aktları və digər beynəlxalq hadisələri işıqlandıran jurnalist, teleaparıcı İradə Zeynalova daxil olub. İştirakçıların işlərini həmçinin jurnalist, yazıçı, ABŞ və Latın Amerikası ölkələrinin xarici siyasəti sahəsində ekspert Yeva Qolincer, AIB Beynəlxalq Yayımçılar Assosiasiyasının inkişaf üzrə direktoru Tom Reqq, RT International-ın müxbiri Mariya Finoşina və RT Arabic-in aparıcısı Salyam Müsafir qiymətləndirib.

Рамиз Мехтиев - Sputnik Azərbaycan
Ramiz Mehdiyevə yüksək mükafat verildi

"Khaled Alkhateb Memorial Awards 2019" mükafatları oktyabrın 2-də Moskvada keçiriləcək "Münaqişə zonasında: jurnalistlərin riskləri və məsuliyyəti" RT Media TALK konfransı çərçivəsində qaliblərə təqdim ediləcək. Konfrans çərçivəsində media ekspertləri və aparıcı KİV-lərin nümayəndələri hərbi jurnalistikanın necə dəyişdiyini, münaqişələrin işıqlandırılması zamanı obyektivliyin mümkün olub-olmadığını, "fake news"la mübarizəyə süni intellektin kömək edə bilib-bilməyəcəyini və müasir medianın digər vacib məsələlərini müzakirə edəcəklər.

RT Arabic-in əməkdaşı jurnalist Xaled əl-Xatıb 30 iyul 2017-ci il tarixində Suriyanın Xüms vilayətində İŞİD terrorçuları tərəfindən atəşə tutularaq qətlə yetirilib. O, öz reportajlarında Suriyanın hökumət qoşunlarının terrorçularla döyüşlərini işıqlandırıb. Xaled əl-Xatıb öldürülərkən 25 yaşında olub. Rusiya Prezidenti Vladimir Putin jurnalistin ölümündən sonra "Şücaətə görə" medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb və bu medal 2018-ci ildə "Khaled Alkhateb Memorial Awards"un təqdimetmə mərasimində əl-Xatıbın ailəsinə təqdim edilib.

Xəbər lenti
0